Bahar Lətifqızı: "Bu dərddən xilas olmaq istədim..." - video

29 2017 11:28

Səhnədə mahnı ifa edəndə belə artıq çəkisini, hətta özünün dediyi kimi şişman olduğunu görüb kompleks yaşayan Bahar Lətifqızı əməliyyatdan öncəki anları xatırladı. Müğənni əməliyyata girmə səbəbləri və nəticələrini ARB Ulduz “ kanalının “Virtual həyat” “ proqramına açıqladı.


Özü üçün komplesk olaraq görüb xilas olmaq istədiklərindən necə deyərlər elə birdəfəlik azad olan Bahar Lətifqızı indi özünü yəqin daha rahat hiss edir.


Bahar Lətifqızı: “Sadəcə səhnə üçün bunu etdim. Geyimlərə qarşı artıq kompleksim yaranmışdı. Hərdən elə olurdu ki, şişmanlığıma görə oxuyanda fikrim özümdə olurdu və deyirdim ki, mən niyə pis görünürəm”.


Tamaçısını düşünən Bahar bir dəri bir sümük qalmasa da, yalnız fanatlarını düşünüb həkim yanına getdiyini, bıçaq altına yatdığını söylədi.


Bahar Lətifqızı: “ “Deyirdilər ki, Bahar xanım niyə belə şişman paltarlar geyinir. Ona görə də, bu dərddən xilas olmaq istədim”.


Bahar Lətifqızı bir müğənni olaraq, o qədər çətinliklərlə üzləşib, o qədər dili-dodağı yanıb ki, qızının bu sahəyə gəlməsini qətiyyən istəmir.


Bahar Lətifqızı ilə olan geniş reportajı bu bazar saat 13-də Şou məkan verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.