“Şişmanlığıma görə səhnədə fikrim qarışırdı...”, - Bahardan etiraf - video

02 Oktyabr 2017 10:47

Özü üçün komplesk olaraq görüb xilas olmaq istədiklərindən necə deyərlər elə birdəfəlik azad olan Bahar Lətifqızı indi özünü yəqin daha rahat hiss edir.


Bahar Lətifqızı: “Bədənimdən 8 kiloqram piy çıxartdım. Gizli bir şey deyil. Deyirdilər ki, Bahar xanım niyə belə geniş paltarlar geyinir. Ona görə bu dərddən xilas olmaq istədim”.


Tamaçısını düşünən Bahar bir dəri bir sümük qalmasa da, yalnız fanatlarını düşünüb həkim yanına getdiyini, bıçaq altına yatdığını söylədi.


Bahar Lətifqızı: “Tam səmimi deyirəm, mən bunu ailəm üçün, sevilim deyə etmədim. Məni sevənlər onsuz da sevir. Bu dərəcəyə də məni sevənlərim gətirdi. Hər şeyi səhnə üçün etdim. Geyim tapa bilmirdim. 44 ölçüdə paltar geyinirdim. İndi 36 ölçü mənə yenə də boşdur”.


“Səhnədə kompleksim olurdu. Hərdən elə olurdu ki, şişmanlığıma görə oxuyanda fikrim qarışırdı. Deyidim, mən niyə pis görünürəm?


Bahar Lətifqızı bir müğənni olaraq, o qədər çətinliklərlə üzləşib, o qədər dili-dodağı yanıb ki, qızının bu sahəyə gəlməsini qətiyyən istəmir.


Bahar Lətifqızı: “Sevgi mənim arzularımı çin edən övladlardan olacaq. Mən həmişə ona aşıladım ki, birdən “çaşarsan”, müğənni olarsan. Ailədə müğənni, sənətçi varsa, o uşağın xəmiri onunla yorğulur. Qızımı maarifləndirmək üçün onu sığortaladım. Müğənni olmaq sırf sənət deyil. Savadın olsun. Hansısa ikinci bir sənətə yiyələn. Modelyer də ola bilrəsən, diplomat da ola bilərsən. Nə olursan ol, vacib deyil ki, müğənni olasan”.


Övladlarının hər zaman yanında olduğunu deyən, müğənni işi ilə ailəsinə eyni qayğı göstərir, tərəzinin hər iki gözünü bərabər saxlamağa çalışır.


Bahar Lətifqızı: “Toylar da olanda, Bakıdayamsa, saat 5-ə qədər evdə oluram. Gedirəm toya, toydan gəlirəm evə. Səhər yenə də özüm yola salıram qızımı. Ən azından bu var”.


Bahar Lətifqızı da yeni mövsümə əliboş gəlməyib. Sənət boxçasında yeni mahnıların olduğunu söyləyən ifaçı bu dəfə analardan oxuyacaq.


Bahar Lətifqızı: “Yeni mahnılar gələcək. Sona Vəliyevanın sözlərinə yazılmış gözəl bir musiqi olacaq. Bu dəfə gecələrdən yox, analardan oxuyacam”.


Biz də sonda sənətçiyə yaradıcılıq uğurları arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.