Ramal: "Konsertlərim alınmayıb, ancaq mən heç vaxt küsməmişəm..." - video

02 Oktyabr 2017 10:59

Hər zaman həmkarları və ətrafındakı insanlar tərəfindən tənbəl olduğu deyilən müğənni Ramal İsrafilov yeni mövsümə yaman iddialı başlayıb. Əli ətəyindən uzun gələnlərdən fərqli olaraq, ifaçı yeni mahnıları, albom hazırlığı və konsertilə bağlı ARB Ulduz kanalının “Virtual həyat” proqramına açıqlamalar verdi.


Yay mövsümündə, ümumiyyətlə, istirahət etmədiyini söyləyən müğənni Ramal İsrafilov daşı daş üstə qoyub işçi arı kimi bir işləyib ki, gəl görəsən.


Ramal İsrafilov: “Albom üzərində hazırlıqlar gedir. Bu albomda xeyli mahnı olacaq. Ancaq sayını dəqiq bilmirəm. Hamısı yeni mahnılardır. Həmin mahnılar Xalq şairlərinin şeirlərinə bəstələnib”.


Hər zaman konsert anonsu versə də, alınmayan konsertlərinin təəssüfünü çəkən müğənni bunun üçün heç vaxt küsmədiyini, əksinə daha çox işlədiyini söylədi.


Ramal İsrafilov: “Bu il konsert verəcəm, bu il konsert verəcəm deyirəm. Ancaq həmin konsertlər alınmayıb. Buna görə heç vaxt küsməmişəm. İşimi də dayandırmamışam. Hər il nələrsə dəyişilib”.


“Mən 20 mahnı seçmişdimsə, hər il yeri mahnılarım çıxdığına və əlavə olunduğuna görə, gərək mənim konsertim 4-5 saatlıq olsun ki, mən bütün mahnılarımı ora toplaya bilim”.


Ramal İsrafilovla olan geniş reportajı bu bazar saat 13-də Şou məkan verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.