"Şou-biznesdə haqsızlıq var..." – İradə Mehri - video

02 Oktyabr 2017 12:24

Şou-biznesə yeni ayaq bassa da, artıq özünə iz qoymuş bəzi sənətçiləri ötüb keçən müğənni İradə Mehri biznesin üstün olduğu şou mühiti haqda ARB Ulduz kanalının “Virtual həyat” proqramına açıqlamalar verdi.


Nə şiş yansın, nə kabab deyib, öz mövqeyində dayanan və hər kəsə hörməti olduğunu söyləyən İradə Mehrinin bu hörmət sözünün arxasında çox mətləblərin gizləndiyi dəqiqdir.


İradə Mehri: “Hamısına hörmətim var. Aparıcılarımız, jurnalistlərimiz, prodüserlərimiz, arajimançılarımız, hamısını çox sevirəm. Hər kəs öz işində gözəl olsun. Başqa heç bir şey arzulaya bilmərəm”.


Nədəndisə, Şou-biznes əhli artıq bir-birindən qaçmağa başlayıb. Yəqin bunun nəticəsidir ki, İradə Mehri də bacardığı qədər şou əhlindən uzaq durmağa çalışır.


İradə Mehri: “Şou-biznesdə haqsızlıq var. Mən sakitliyi, hüzuru xoşlayıram. Mən də xoşlayıram ki, deyim, gülüm. Ancaq bəziləri kimi yox. Ona görə də, hamıdan uzaq olmaq mənim ruhuma daha yaxındır, daha xoşdur”.


Belə İradə Mehri ilə olan geniş reportajı bu bazar saat 13-də Şou məkan verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.