Sevda Yahyayeva yeni imicini stilist Anara həvalə etdi - video

03 Oktyabr 2017 10:30

Müğənni Sevda Yahyayeva qatıldığı məclislərin birində yeni imici, xüsusən, saç düzümü ilə bəzilərinin ağız büzməsinə, bəzilərinin isə alnının qırışının açılmasına səbəb oldu. Sevda istirahətdən geri qayıdıb sənət boxçasını doldurmağa bir başlayıb ki, nə başlayıb.


Müğənni Sevda Yahyayeva yeni saç düzümünün ona yaraşıb yaraşmayacağını düşünmədən bütünlüklə saçlarını stilist Anar Ağakişiyevə həvalə edib. Və budur artıq hər şey göz qabağındadır.


Sevda Yahyayeva: “Uzun illər idi ki, saçlarım açıq rəngdə idi. Birdən-birə rəngini dəyişməyə çəkinirdim. Götür-qoy etdim. Zəng vurdum dostum Anar Ağakişiyevə. Dedim, Anar, saçlarımı dəyişmək istəyirəm. Dedi ki, gəl saçlarını havalı və tünd edək. Fikirləşmədim ki, bu, mənə yaraşar, ya yox. Anar çox istedadlıdır və mən ona hər zaman inanmışam. Belə bir dəyişiklik etdi. Özümün də xoşuma gəldi”.


Sevda, yeni imicin haqda aşağı yuxarı danışanlar yəqin ki, oldu. Bəs, reaksiyalar daha çox hansı yöndədir?


Sevda Yahyayeva: “Bəyənənlər də oldu, bəyənməyənlər də. Birdən-birə saçlarımın rəngini dəyişmək mənə bir qədər qəribə gəlirdi. Əsas odur ki, dəyişiklik yaxşı oldu”.


“Mən özümü yaxşı görürəm, yaxşı hiss edirəm bu saçlarda. Düzdür, saçlara qulluq etmək bir qədər çətindir, daramaq olmur. Onun xüsusi darağı var. Amma yenə də olsun. Mən öhtəsindən gəlirəm”.


Sevda, ötən mövsüm sorğumuza cavab olaraq yorğunluqdan yaman şikayətlənmişdin. İstədiyin yerə gedib çıxa bildinmi, yoxsa o qatar səni oralara aparıb çıxarmadı?


Sevda Yahyayeva: “Antalyaya getdim. İki il idi ki, istirahət etmirdim. O qədər yorulmuşdum ki. Bu, mənə yaxşı gəldi. 15 gün istirahət etdim. Yaxşı enerji yığdım. İşlərimə qaldığım yerdəm davam edəcəm”.


Hə...onda, kifayət qədər istirahət edib lazımi enerjini toplamasın. İndi söylə görək, yelkənləri qaldırıb, qolları çırmalayıb işə başlamısanmı?


Sevda Yahyayeva: “Yeni mahnım var. Yəqin ki, 2-3 həftəyə təqdim edəcəm. Faiq Sücəddinovun bəstəsidir. Sözləri Nuriyyə xanıma aiddir. Adı isə belədir: “Sən ola-ola”. Lirika deyil, orta templi bir mahnıdır. Fikirləşirəm ki, bu mahnını kliplə bərabər təqdim edim”.


Müğənni öz həmkarlarının hamısı ilə yaxşı münasibətdə olsa da, ətrafında dost dediyi insanların çox az olduğunu etiraf etdi.


Sevda Yahyayeva: “Bəlkə də, bürcümdən irəli gəlir. Oğlaq bürcünün adamları bir qədər qapalı olurlar. Əlbəttə ki, mənim də dostlarım var. Ancaq çox deyil. Uzun illərə söykənən dostlarım var, mən onlarla, necəyəmsə, elə davranıram. Ancaq hər kəsə qarşı mən belə deyiləm”.


“Səni çox sevən, sənin həqiqi dostların çox olmur. Mən şadam ki, ətrafımda məni istəyən adamlar var. Buna görə çox sevinirəm”.


Biz də sonda sənətçiyə yaradıcılıq uğurları və və yaxşı dost çevrəsi arzulayırıq.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.