Aynişan Quliyeva: "Özümü tərbiyə etmişəm"

03 Oktyabr 2017 12:35

Əməkdar artist, müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə maraqlı paylaşım edib.


Aynişan İnstaqramdakı paylaşımı ilə özünü izləyicilərinə bir qədər də tanıdıb:


“Bilirsiz, mən niyə xoşbəxtəm? Çünki özümü olduğum kimi qəbul etmişəm. Bəyənmədiyim xarakterim üzərində çalışıb, özümü tərbiyə etmişəm. Səhvimi görüb, tez düzəldirəm, üzr istəməyi bacarıram. Bağışlaya bilirəm, kiminsə həyatına həsədlə baxıb paxıllıq etmirəm. Çünki hər kəsin gözəl günləri kimi problemleri də var. Heç kimin yerində olmaq istəməyin, çünki həyatının ancaq göstərdiyi tərəflərini görürsünüz. Bacardığım qədər kömək etməyə çalışıram, o zaman özümü seçilmiş hesab edirəm. Həyatın gözəlliklərini görürəm, göylərə baxıb təşəkkür edirəm”.