"Ətrafımdakılar deyir ki, get özünə başqa iş tap..." - Nihad - video

04 Oktyabr 2017 11:44

Ramil Nabranla olan “Sosial sevgi” layihəsindən sonra fanatlarının ürəyini silkəliyən gənc müğənni Nihad Məlik şou-biznesə yaman sürətlə daxil olmaq istəyir. Canında enerji, səsində qüvvət, özündə isə cəsarət hiss edən ifaçının önündə yaşıl işıqların yanacağı dəqiqdir.


Hələ ki, lazımi səviyyədə göz önündə olmadığından Nihad Məlikin ifaları daha geniş kütləyə çatmasa da, müğənninin Ramil Nabranla birgə ifa etdiyi mahnı hitə çevrildi.


Nihad Məlik: “Təkəbbürlük kimi olmasın, mənim 19 yaşım var. Bu sənətdə mənimlə eyni yaşda olan heç kim yoxdur. Mən dost-tanış içində olanda, harasa gedəndə kənardakı adamların “aaa Nihad“ demələri adamda sevinc hissi yaradır. Bu da onu göstərir ki, tanıyırlar. Uşaq vaxtı, məktəb dövründə ətrafımdakı dostlarım məni çox sıxırdılar ki, bu nə işdir, get özünə başqa iş tap. İndi həmin dostlarım mənə deyirlər ki, Nihad sənə halaldır. Bu qədər sənin üstünə gəldik, sən yenə də öz yolunla getdin. Zirvələrə qalxırsan, bizim fəxrimizsən. Bu sözlər tutdu məni. İndi onlar da mənə dəstəkdirlər. Bu il Ramil Nabranla ifa etdiyimiz ifa isə hitə çevrildi”.


“Gəl qaytar eşqimi” mahnısını yeni, remiks variantında fanatlarına çatdıran müğənni yeni ifanın da kifayət qədər sevildiyini söylədi.


Nihad Məlik: “ Mən uşaq vaxtı bir yarışmada Oqtay Ağayevin “Gəl qaytar eşqimi” mahnısını ifa edirdim. O mahnını çox bəyənirdim. İllər sonra bizim Dj dostumuz var, Arif Zeynalov təklif etdi ki, gəl bu mahnını remiks şəklində ifa et. Səndə gözəl alınar, dedilər. Sağ olsunlar, o işin bütün əziyyətini çəkdilər, gətirdilər mənə. Sağ olsun, Loğman qardaşımız da səsyazma işlərimizi tamamladı.Mahnı yavaş yavaş uğur əldə edir”.


Nihad Məlik: “ “Özü bu mahnını oxumuşdu. Eşitdik səsini çox bəyəndik. Həm də gənc yaşda belə istedad. Dedik, mahnını elə Nihada verək”.


Musiqiçi ailəsində böyüyən Nihad hər zaman ailəsinin onun arxasında dayandığından, xüsusilə anasının ona olan özəl dəstəyindən danışdı.


Nihad Məlik: “ “Anam həmişə mənə dəstək olub. Özü də musiqi təhsili alıb, musiqiçidir. Atam da gənc yaşlarında musiqiylə məşğul olub. Düzdür, bu günə qədər məni bu səviyyəyə anam gətirib. Amma artıq mən Rolandla işləyirəm, o mənim prodüserimdi. Düzdür, anam yenə mənə dəstək olur. Amma işlərimi artıq Roland görür. Mən xeyriyyə tədbirlərinə gedə-gedə bu yerə gəlib çatmışam. Çox işlər, təkliflər gəlib. Mən bunu heç vaxt danmaram”.


Nihad, hazırki şou-biznes sənət şousundan daha çox toy biznesinin arxasınca qaçır, bəs səndə vəziyyət necədir?


Nihad Məlik: “ “Mən heç vaxt toy üçün işləməmişəm. Açığı istəməmişəm də. Bu dəqiqə bir alboma sığacaq qədər, hətta artıq sayda mahnım var. 30 yaxın şəxsi mahnım ifa etmişəm. Düzdür, bir çox bəstəkarlarla da işləmişəm. Aranjimançılarım fərqli olub. Amma toy biznesi üçün çalışmıram”.


Biz də sonda gənc müğənni Nihad Məlikə yaradıcılıq uğurları arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.