"Həyat yoldaşım əgər dəstək olmasa, o zaman..." – İradə etiraf etdi - video

05 Oktyabr 2017 11:16

İradə İbrahimovanın Azərbaycana gəlişi yenidən sənətçini gündəmin əsas mövzularından birinə çevirdi. Tapılmaz hind qumaşı olmaqdan çıxıb əlçatan ulduza çevrilən ifaçı yeni mahnılarından danışdı. Övladları ilə bağlı geniş müsahibə verdi. Həyat yoldaşının maddi və mənəvi dəstəyindən söz açdı.


Müğənni İradə İbrahimova bir təmtəraqlı sənət eşqi ilə Azərbaycana gəlib ki, gələn kimi də xeyli işlər görüb, yeni mahnılar yazdırıb, fotosessiya etdirib.


İradə İbrahimova: “Yeni mahnılarla gəlmişəm. Əsas Gövhər xanımla yeni mahnı üzərində çalışırıq. O, mənə güc-qüvvət, təkan verir”.


“Yeni, gənc bir bəstəkar var. Çox istedadlıdır. Fərid Kərimlinin iki mahnısını oxudum. Fotosessiyamızı təqdim etdik. Daha nə olsun?”


Az iş görüb saz iş görən müğənni bəzi həmkarları kimi həftə səkkiz mən doqquz efirlərdə olmağın yox, sənəti ilə gündəm yaratmağın tərəfdarıdır.


İradə İbrahimova: “Klip mahnıdan sonra araya-ərsəyə gələcək. İstəyirik ki, bu işi noyabra kimi bitirək, klip çəkilsin. Hansı mahnı daha çox insanların qəlbinə yol tapsa, o mahnıya klip çəkiləcək”.


“İstəyirəm ki, artıq mahnılarımla, sənətimlə gündəmdə olum. Efirlərə boş-boş çıxmayım. Sənətimlə bağlı danışmağa sözüm olmayanda, efirlərə çıxmaq istəmirəm”.


Zamanının böyük bir hissəsini övladlarına həsr edən İradə özünə çox az vaxt ayırdığını etiraf etdi.


İradə İbrahimova: “Uşaqlardan vaxt tapıb başımı qaşıya bilmirəm. Özümə çox az zamanım qalır. Bəzən mənə deyirlər ki, sosial mediyada niyə bu qədər passivsiz? Çünki sosial mediyada oturmaq uşaqlarımla hansısa bir oyunu qaçırmaq deməkdir. Mən onların hər anını görmək istəyirəm. Onlarla bərabər oynamaq istəyirəm”.


“Övladlarımın arasında 5 yaş fərq var. Hərdən deyirəm ki, yaxşı ki, 5 yaş fərq var. Çünki qızım İpək, doğurdan da, mənim çox əlimdən tutur. O, çox işimə qaçır. Qızım artıq böyüyüb. Oğlum da böyüyür. Allah sağlıqlı, analı-atalı böyütsün bütün övladlarımızı”.


Bəzi valideynlər övladlarını öz istəklərinin kölgəsində böyütsələr də, İradə uşaqlarına qarşı məcburi heç nə etmədiyi dilə gətirdi.


İradə İbrahimova: “Mən uşağı yormağın tərəfdarı deyiləm. İpək rəqs etmək istəyərsə, edəcək. Pianino ifa ertmək istəmirsə, məcbur edə bilmərəm. Onun istəyinə uyğun olur hər şey”.


“Mən çox istəyərəm ki, rəsmlə məşğul olsun. İstəyərəm ki, rəqs etsin, hansısa musiqi alətində ifa etməyi bacarsın. Mən istəyirəm bunu. Bir də ondan soruşmaq lazımdır ki, bəs o istəyirmi?”


İradə İbrahimova Türkiyə vətəndaşı ilə evlənən zaman bəziləri düşündü ki, bu qısamüddətli bir münasibət olacaq, ancaq müğənni bütün düşüncələri alt-üst etdi.


İradə İbrahimova: “Allah mənə o qədər böyük, gözəl bir nemət verib ki, ailə, övlad. Onları böyütməyə imkan verib. Allah həyat yoldaşıma uzun ömür versin, sağlıq versin. Ruzisini artıq eləsin. O qazanmasa, mən evdə otura bilərəm?


“Zamana ayaq uydurmaq lazımdır. Yaşamaq üçün maliyyə lazımdır. Mən bunu tək başıma edə bilməzdim. Dəstək olmalıdır. Həyat yoldaşım dəstək olmasa, o zaman mən bunların heç birinin öhtəsindən gələ bilmərəm. Hətta işləsəm də, öhtəsindən gələ bilmərəm. İstanbulda həyat çox çətindir.”


Bu da belə...Biz də sonda sənətçiyə ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.