Aslandan Gəncəyə həsr olunmuş mahnı gəlir - video

05 Oktyabr 2017 11:42

Son zamanlar Azərbaycanın şəhərlərinə mahnıların az bəstələnməsindən, az ifa olunmasından şikayətlənən müğənni Aslan Hüseynov bu işi öz üzərinə götürüb. Gəncəyə elə Nizami yurduna layiq bir mahnı oxuyub. Bu haqda müğənni ARB Ulduz kanalının “Virtual həyat” proqramına açıqlamasında deyib:


“Sevgi və digər mövzularda mahnı oxuyanlar çoxdur. Ancaq gündən-günə gözəlləşən şəhərlərimizlə bağlı mahnılar nədənsə azdır. Mən çox sevdiyim bir şəhərə həsr olunmuş mahnı ifa etdim. Sözləri Baba Vəziroğlu, musiqisi Sevinc Tofiqqızına aiddir. Mahnı Gəncə şəhəri ilə bağlıdır. Bu yaxınlarda həmin mahnıya çəkilmiş klipi də izləyəcəksiz”.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.