"Türkiyədə heç bir biznesim yoxdur..." – Aysel şaiyələrə son qoydu - video

05 Oktyabr 2017 12:01

Aysel Əlizadə şıltaq duruşu və sakit kəlmələri ilə bəzən elə bir bomba partladır ki, həmkarlarının qulaqlarına sırğa etdiyi sözlər belə öz təsirini itirir. İstirahətdən geri qayıdıb yelkənləri payız yağışına kökləyən müğənni sənət yenilikləri və şəxsi həyatı ilə bağlı ARB Ulduz kanalının “Virtual həyat” proqramına açıqlamalar verdi.


Aysel Əlizadə yay istirahətində ayaqlarını uzadıb ancaq dincəlməklə məşğul olmayıb. Sənətçi gələn həftə yeni mahnısını sevənlərinə təqdim edəcəyini söylədi.


Aysel Əlizadə: “Yay aylarında istirahətlə bərabər işimi də görmüşəm. Nəticəsini, yəni yeni mahnımı üzümüzə gələn həftə təqdim edəcəm. Sözləri Leyliyə, musiqisi Hakan Erola aiddir. Gözəl cütlüyümüz və onlardan dünyaya gələn gözəl bir bəstə, söz. Mahnı “Sənə aid” adlanır”.


Nə məsələdirsə, bəzi insanlar od olmayan yerdən güc-bəla ilə tüstü çıxarıb Ayselin Türkiyədə bizneslə məşğul olmasından danışırlar. Ancaq əslində...


Aysel Əlizadə: “ “Allah ağzınızdan eşitsin. Hamı elə düşünür. Soruşurlar ki, Türkiyədəki işiniz davam edir? Deyirəm ki, hansı işimiz davam edir? Cavab verirəm ki, mənim orda biznesim yoxdur. Mənim sadəcə kliplərim orda çəkilə bilər, aranjiman lazım olarsa, aranjiman edilə bilər. Mənim orda dostlarım hədsiz çoxdur. İstəsəm, işbirliyi quraram. Sadəcə olaraq istəmirəm. Öz vətənim mənim üçün yetərlidir. Hər şey ola bilər bu həyatda. Ancaq hələlik elə bir planım yoxdur, Türkiyədə biznesim də yoxdur”.


Aysel Əlizadə ilə olan geniş reportajı bu bazar saat 13-də Şou məkan verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.