Elvin od püskürdü: "Hansısa 100 manatlıq aranjiman..." - video

06 Oktyabr 2017 11:06

Payızın qışı xatırladan bu soyuq çağında yeni ifası ilə gündəm yaradan müğənni Elvin Abdullayev şou-biznesin toy üçün yanıb yaxılan müğənnilərindən danışdı. Toyun sənətdən uzaq tərəflərindən və sənətin toya daşınması məsələsindən söz açdı.


Toy üçün şedevr hesab olunub əslində sənətdən uzaq mahnıları qətiyyən bəyənmədiyini söyləyən Elvin ancaq tamaşaçı üçün çalışdığını dilə gətirdi.


Elvin Abdullayev: “Deyirlər ki, bayağı mahnılardan niyə oxumursan? Vur, partlat da. Sənə sənət filan lazımdır? Oxu da “Dağlara gedək”, “Ay eyvandakı”. Bu tipli suallardan bezmişəm. Sual verirlər ki, niyə bu tip mahnılardan oxumursan? Demişəm ki, oxumuram. Mənim tərzim deyil. Tamaşaçı üçün çalışmaq lazımdır”.


“Elvin Abdullayev neçə gün aranjiman dalınca qaçsın, neçə gün söz yazarı dalınca qaçsın, klip çəkdirsin. Nəticədə 3-4 min baxış sayı olar, ya olmaz. Hansısa 100 manatlıq aranjimana baxırsan ki, 5-6 milyon baxış var.


Elvin, bəs sən dövranın bütün tələblərini nəzərə alıb sənəti toya daşıya bilirsənmi?


Elvin Abdullayev: “ “Toyun toy ab-havası var. Efir efirdir, səhnə səhnədir. Mənim üçün səhnə tam başqa bir anlamdır, toy başqa bir anlamdır. Ona görə bəzən əksəriyyətimiz bunu səhv salırıq”.


Elvin Abdullayevlə olan geniş repotajı bu bazar saat 13-də Şou məkan verilişində izləməyi unutmayın.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.