"Ürəyimin qatili..." - Günay

07 Oktyabr 2017 10:03

Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.


“Ürəyimin qatili”ni ekranlaşdırmaq rejissor Əli Fərhada həvalə olunub.


Üç obrazda kamera qarşısına keçən İbrahimlinin klipi rəsmi "Youtube" səhifəsində yerləşdirilib.


“İnanıram ki, yeni mahnım və klipim hitə çeviriləcək. Payız aylarında dinləyə biləcəyiniz bir bəstədir. “Ürəyimin qatili”nin sözləri Fərdi Quliyev, musiqisi Pərviz Mahmudova məxsusdur. Dinləyin, zövq alın və payızın dadını çıxarın” deyə, Günay bildirib.