Afaq Lalə qarşıdurması: "Bu nə makiyajdı, kişiyə oxşayır…" - video

11 Oktyabr 2017 10:49

Müğənni Afaq Aslanın açıq-saçıq fotosessiyalarının hər biri insanlar tərəfindən ajiotajla qarşılanır. Soyuq, isti, gecə, gündüz demədən bütün fotosessiyalarda qaynar pozları ilə gündəmə çevrilən Afaqdan yenə xəbər var. İfaçı ARB Ulduz kanalının “Virtual həyat” proqramına maraqlı açıqlamalar verdi.


Afaq Aslan Ukraynada reallaşacaq gözəllik yarışmasına qatılmaq üçün özünə bil əl qatıb ki, gəl görəsən. Üstəlik müğənni bir az da irəli gedib müsabiqə ilə bağlı özünə iddialı şərt də qoyub.


Afaq Aslan: “Dövlət səviyyəsində bir gözəllik yarışması təşkil olunub.Bu yarışmada 23 ölkəni təmsil edən gözəllər iştirak edəcəklər. Müsabiqə Ukraynada olacaq. Bu həftə mən yola çıxıram. Bir həftə Azərbaycanda olmayacam. Ümidvaram ki, birinciliklə qayıdacam. Birinci yeri tuta bilməsəm, mən Azərbaycana qayıtmayacam”.


Lalə Məmmədova ilə aralarında yaranan söz-söhbətlə bağlı açıqlama verən Afaq qaş düzəltdiyi yerdə vurub göz çıxardı, qalmaqalı yenidən yandırıb alovlandırdı.


Afaq Aslan: “Əməkdar artist Lalə Məmmədova ilə aramızda anlaşılmazlıq baş verdi. O da mənim yox, öz günahı ucbatından oldu. Sən “mən Əməkdar artistəm” deyirsənsə, həmin titula yaraşdırmıram, o atmacaları. İndiyə kimi dəfələrlə Lalə Məmmədovanın şəkli qarşıma çıxıb. Baxsın, görsün, mən onun şəklinin altına yazmışam ki, necə zövqsüz geyinir, bu nə makiyajdı kişiyə oxşayır. Yazmamışam, yazmaram da”.


“Bizdə qadınlar gözəl bir qadın görsünlər, deyəcəklər ki, yox ey, bunun ağzı əyridir, bunun burnu əyridir. Bu, nəyə oxşayır. Bu, nə geyinib. Mənim daşım çox ağırdır. Daş deyil ey, kubikdir. Kim Afaqın adını çəkir, həmin daş düşür onun təpəsinə”.


Hə, bu açıqlama çox söz-söhbətləri körükləyəcək. Afaq Aslanla olan qaynar müsahibəni daha geniş şəkildə bu bazar saat 13-də “Şou Məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.