"Heç bir namizədim yoxdur" - Sevda

11 Oktyabr 2017 16:24

"Sağ olsunlar, məni ərə verirlər, sonra boşayırlar. Sual verəndə həmişə deyirəm ki, bu, qismətdir".


Bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu verilişdə deyib.


Sənətçi ailə qurması ilə bağlı sualları cavablandırıb:


"Hər şey Allahın əlindədir. Heç bir namizədim yoxdur. Ailə qurmaq işinə çox ciddi yanaşıram. Arzu edirəm ki, bütün subay xanımlara və bəylərə, həmçinin mənə ailə qismət olsun. Nə vaxt olacaqsa, hamınız biləcəksiniz. Belə şeyləri danışmağa utanıram. Məni başa düşən, sevən biri olmalıdır ki, mən də onu sevim. Ən vacibi insan olmalıdır”.