"Mənim yerimdə onların ailə üzvləri də ola bilərdi..." - video

12 Oktyabr 2017 11:47

Qurdla çaqqalların müharibəsini bu dəfə qurdla itlərin mübarizəsi əvəzlədi. Sosial mediyada ifaçı Qurdun, yəni Fərid Eminovun itlərin hücumuna məruz qalması xəbərləri yayıldı. Xəsarət alan sənətçi bununla bağlı “ Virtual həyat” proqramına danışdı. Necə deyərlər, itlər qurdla bacara bilmədilər.


Məlum hadisə ilə bağlı ifaçı Qurdu bəziləri qınaq obyektinə çevirsə də, sənətçi ona qarşı ünvanlanan bütün iradlara cavab verdi.


Qurd: “Sosial şəbəkələrdə cürbəcür söhbətlər gedir. Hətta mənim paylaşımıma da cavablar yazdılar ki, siz itlərə dəyməsəz, onlar sizə toxunmazdılar. Mənim nə işim var, itlə. Hansı özünə güvənən adam gedib altı itin arasına girər. Sadəcə hücum olanda insan əlindən gələni edir”.


“Qəribədir, mən bilmirəm o “heyvansevərlər” üçün insanlar heç nədir, ancaq heyvanlar qorunmalıdır? Axı mənim yerimdə onların da ailə üzvləri, qohumları, dostları, qonşuları ola bilərdi. Bunu nəzərə almaq lazımdır. Mənim heç vaxt gedib itə daş atan adam deyiləm”.


Müxtəlif nahiyələrindən zədələr alan Qurd həmin olaydan ciddi xəsarət almadan xilas oldu. İtlər qurdla bacara bilmədilər.


Qurd: “Uçurumdan yıxıldım. Yıxılan kimi it ağzı ilə alın nahiyəmdən tutdu. İti aralaşdırıb altıma saldım və mübarizə başladı. Biri qolumdan, biri ayağımdan dişlədi. Həyat eşqi ilə onlarla mübarizə aparmağa başladım. İnsanların bir qismi zarafata saldı. Qurdun üzərinə itlər hücum etdi dedilər. Qurdla bacarmadılar”.


Belə...Qurdla olan geniş reportajı bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.