Çingiz pərəstişkarları ilə görüşəcək

12 Oktyabr 2017 15:28

Müğənni Çingiz Mustafayev oktyabrın 15-i pərəstişkarları ilə görüşəcək.


Sənətçi İnstaqram hesabında idman geyimində çəkilmiş fotosuna “Mənim əziz izləyicilərim, dinləyicilərim, xatırlayırsınızsa mən sizinlə bir gün görüşəcəyimizi söz vermişdim. Mən sözümdə dururam və sizi görüşə dəvət edirəm. Bəli, istəyirəm ki, sizinlə yenidən bir araya gəlib, hal-əhval tutum. Maraqlı suallarınızı gözləyirəm. İndidən kağız və qələm götürərək suallarınızı qeyd edin” sözlərini yazıb.