Manaf Ağayev: "2000 min manat pul yazdıran oldu"

13 Oktyabr 2017 16:41

Müğənni Manaf Ağayev dünən axşam verilişlərdən birində qonaq olub.


İfaçı ötən ay oğlu Elçinə yalnız kişilərin iştirak etdiyi toy mərasimi keçirmişdi. Müğənni toyda yazılan məvaciblərdən söhbət açıb:


“Dostlarım və həmkarlarımın iştirak etdiyi məclis oldu. Ailə arasında olacaq toy isə dekabrda baş tutacaq. Toya 1000, 2000, 500 manat yazılanlar olub. Nə yazdırmışam, onu da yazdırıblar. Bir dostum var hələ heç övladının toyu olmayıb, gətirib 1000 manat yazdırıb”.


Aparıcı M. Ağayevdən saz ifaçısı Aqşin Tariyeloğlunun toya nə qədər pul yazdırdığını soruşub. “300 manat yazdırıb, oğlunun toyuna 500 manat yazdırmışdım, 200 manatı yazdırmayıb” deyə ifaçı cavab verib.


Qeyd edək ki, Ağayevin Müşviq və Elçin adlı oğulları, Səmayyə adlı qızı var.