Lalə Məmmədova ilə Afaq Aslan arasında qalmaqal böyüyür -video

17 Oktyabr 2017 11:34

Müğənni Afaq Aslanın açıq-saçıq fotosessiyalarının hər biri insanlar tərəfindən ajiotajla qarşılanır. Soyuq, isti, gecə, gündüz demədən bütün fotosessiyalarda qaynar pozları ilə gündəmə çevrilən Afaqdan yenə xəbər var. Afaq Aslanla Lalə Məmmədova cəbhəsi daha da alovlanır. Qarşıdurma var.


Əməkdar artist Lalə Məmmədova ilə aralarında yaranan söz-söhbətlə bağlı açıqlama verən Afaq Aslan qaş düzəltdiyi yerdə vurub göz çıxardı, qalmaqalı yenidən alovlandırdı.


Afaq Aslan: “Əməkdar artist Lalə Məmmədova ilə aramızada bir balaca anlaşılmazlıq baş verdi. O da mənim yox, öz günahı ucbatından. Söz atmaqla, atmaca atmaqla, kiminsə bostanına daş atmaqla sən Əməkdar artistəm deyirsənsə, mən o titula yaraşdırmıram həmin atmacaları”.


“Nə dərəcədə düzgündür ki, çıxsın mənim hansısa şəklimin altına rəy bildirsin. Dəfələrlə Lalə Məmmədovanın şəkilləri qarşıma çıxıb. Baxsın, görsün, heç mən bircə dəfə onun şəklinin altına yazmışam ki, necə zövqsüz geyinir, bu nə makiyajdı, kişiyə oxşayır”.


Afaqın qalmaqal aparatı olub, ətrafa söz-söhbət, qarşıdurma yaydığını söyləyənlərə isə müğənni tutarlı cavab verdi.


Afaq Aslan: “ “Həmişə deyirlər ki, Afaq qalmaqal yaradır, Afaq qalmaqallıdır. Əslində Afaq qalmaqal yaratmır, Afaq sözün düzünü deyir. Sözün düzü insana acı gəldiyi üçün düz söz deyilən yerdə həmişə qalmaqal yaranır. Əgər Afaq çıxıb yaltaqlansa, kimisə yalandan tərifləsə, bu, hamının ürəyinə yağ kimi yayılacaq ki, Afaq necə hamı ilə yola gedir. Elə ki Afaq çıxıb sözün düzün deyir, söyləyirlər ki, Afaq qalmaqal yaradır”.


Söz açıldıqca açıb sandığı töküb pambığı həqiqətləri gün üzünə çıxaran müğənni danışdı, nə danışdı.


Afaq Aslan: “ “Lalə Məmmədova mənim şəklimin altına yazmışdı ki, Afaqın geyimləri, açıq-saçıqlığı bizim şou-biznes üçün çirkabdır, ləkədir. Evli kişilərin ailəsini dağıtmaq, evli kişilərdən övlad dünyaya gətirib, kiminsə ərini mənimsəyib mənimkidir demək, yaxud ərə getmək xatirinə gözdən pərdə asmaq üçün saxta toy edib, yanlarında pulla oğlan otuzdurmaq qınanılacaq mövzudur. O qədər çirkab gətirəcək mövzular var ki, onlar qalıb bir qıraqda, hamı oturub Afaqın geyimlərini müzakirə edir. Mənim haqqımda danışmamışdan öncə bir güzgünün qabağında dayan, özünə və keçmişinə bax, gör, sən kimsən və sənin haqqın çatırmı mənim haqqımda fikir söyləməyə”.


Açıq-saçıq geyimlərinə irad bildirib ifaçını yerdən-yerə vuranlara cavab olaraq, Afaq yenə də özünümüdafiəyə keçdi.


Afaq Aslan: “ “Ümumiyyətlə, bu şou-biznesdə ad qoyan, iz qoyan Xalq artistlərinin, Əməkdar artistlərin açıq-saçıq şəkilləri də var, hamısı soyuna-soyuna bu sənətə gəliblər. Baxmayaraq ki, indi geyinirlər”.


Şou-biznesin təlim-tərbiyədən danışan bəzi müğənnilərinin keçmişinə işıq tutmağa çalışan Afaq Aslan hər sözü ilə müzakirələrə səbəb olacaq açıqlamalar verdi.


Afaq Aslan: “ “Bu gün qapalı geyinən, özünü abırlı Azırbaycan qadını kimi göstərən, çıxıb efirlərdə camaata təlim-tərbiyədən, ailədən, həyat yoldaşından, övladdan dərs keçən insanlarn hamısının keçmişdə o qədər açıq-saçıq, lüt şəkiləri olub ki. İndi hamısı çıxıb efirdə təlib-tərbiyədən dərs keçirlər”.


“Efirə çıxırlar, yaxalarını düymələyirlər, topuqdan geyinirlər, oram-buram görünməsin deyə. Axı, sən o deyilsən. Sən yalandan efirdə abırlı qadın rolunu oynayırsan, ancaq real həyatda elə oyunlardan çıxırsan ki, adam qadınlığına nifrət edir”.


Hə, bu açıqlamalar çox söz-söhbətlərə, bitib tükənməyən müzakirələrə səbəb olacaq.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.