Yalçın Rzazadə: "Səhhətim çox pis idi"

17 Oktyabr 2017 13:51

Xalq artisti Yalçın Rzazadə sənət aləmindən gileylənib.


Müğənni qonaq olduğu verilişdə son vaxtlar onu çox halların əsəbiləşdirdiyini deyib:


"Sənətkarı yoldan çıxarmaq, ruhdan salmaq üçün hər şey edirlər. Bizlərə qarşı biganədirlər. Sınan insan deyiləm. Amma bəzi şeylər var ki, xoşa gəlmir. Xırda, cılız hallar səhhətimə də təsir edir. Səhhətim bir müddət çox pis idi. Türkiyədə dedilər ki, emosionalsan, hər şeyi tez ürəyinə salır, reaksiya verirsən".