"Hər tanınmış cürət edib bu düzü deyə bilmir..." - video

19 Oktyabr 2017 12:32

Adı hər zaman qalmaqal sözü ilə yanaşı gələn prodüser Təranə Səmədova sandığı açdısa, o sandıqda demək ki, pambıqdan əsər-əlamət qalmıyacaq. Şou nümayənədlərini onların özlərindən daha yaxşı heç kim tanımır. Bax bu tanışlıq isə məşhurların bütün əməllərinin ortaya çıxması ilə nəticələnir.

Doğru söyləyənin 9 kənddən qovulduğunu dəqiq bilən Təranə Səmədova elə bu doğru sözləri ilə hər zaman özünü qalmaqalın alovunun düz ortasında tapır.

Təranə Səmədova: “Heç istəmərəm ki, səbəbsiz yerə qalmaqalda adım hallansın. Yenə Təranə qalmaqal elədi. Bu söhbətlər məni yorur. Hardasa haqqımı tələb edirəm, hardasa sözümü deyirəm və nəticədə adım qalmaqallı olur”.

“Hər tanınmış cürət edib bu düzü deyə bilmir. Düşünürəm ki, bəlkə, onlar düzdü, bəlkə, mən düzəm”.

Söz-söhbətlərə səbəb olacaq açıqlamaları ilə ətrafına düşmən yığan prodüserin söylədiklərindən belə aydın olur ki, o, bu vəziyyətdən qətiyyən narahat deyil.


Təranə Səmədova: “Kimsə mənim hansısa haqlı sözümdən inciyib düşmənə çevrilirsə, bu, məni elə də narahat etmir. Mən saxtakarlıq edib kiminsə xoşuna gəlmək üçün heç nə etmərəm. Kimdənsə çörəyim-suyum gəlmirsə, həqiqəti deyirəm və o, məni düşmən gözündə görürsə, Allah canını sağ etsin”.


Bəzi müğənnilərin səslərini dəyişib özlərinin prodüserliyini etdiyini lağa qoyan Təranə Səmədova bilinən bir məsələni yenidən ifşa etdi.


Təranə Səmədova: “Son 1-2 ildir ki, müğənnilərin əksəriyyəti prodüsersizdir. Onlara zəng edirsən, özü cavab verir, ancaq özünü müğənninin prodüseri kimi təqdim edir. Dəfələrlə belə hadisələrin şahidi olmuşam”.


Təranə Səmədova ilə olan geniş reportajı bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.