Elçin Cəfərov oğlu haqda: "Mən sənin üçün darıxmışam..." - video

20 Oktyabr 2017 11:14

Artıq həm müğənni, həm bəstəkar, həm də ata olan Elçin Cəfərov oğlu haqda heç yerdə söyləmədiyi ata-oğul münasibətlərinin şirin və əyləncəli məqamlarını ARB Ulduz kanalının “Virtual həyat” proqramı ilə bölüşdü.


Elçin Cəfərov, yaxşı ifaçı və bəstəkardır, bəs, necə atadır?


Elçin Cəfərov: “Əvvəllər mənə deyəndə ki, səni çox istəyirik, hər zaman belə şeylərdən sıxılırdım. Yaxud mənə deyəndə ki, darıxmısan mənim üçün? Bu kimi sözlərdən heç vaxt xoşum gəlməyib. Əgər insan darıxırsa, özü deməlidir. İndi danışmayan uşağa deyirəm ki, mən sənin üçün darıxmışam, darıxmısan mənim üçün? Deyirəm ki, noldu bəs? Sənin bu sözdən xoşun gəlmirdi axı”.


Övladından danışdıqca sakitləşən, rahatlaşan, mimikaları dəyişən müğənni oğlundan ürəkdolusu danışdı.


Elçin Cəfərov: “Qucağımda gəzdirirəm. Məni görən kimi uzanan uşaq belini qaldırır. Bilir ki, mən gəlib bunu qucağıma götürəcəm. Evdə qucağa götürməyə öyrəşdirmirlər. Ancaq mən gələndə belini qaldırır ki, əlimi salım qucağıma götürüm”.

Elçin Cəfərovla olan geniş reportajı bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.