"Mən heç kimin ailəsini dağıtmamışam, evli kişiylə görüşmərəm..." – Cəmilə

20 Oktyabr 2017 14:16

Bir ay öncə evlənib dünya evinə girən aktrisa Cəmilə Tağızadənin xoşbəxtliyi və ailə dincliyi uzun çəkmiyib. Həyat yoldaşının keçmiş xanımı yeni evlilərin başına bəla. Cəmilə onu şantaj edən həmin qadını məhkəməyə versə də, skandal gündən-günə daha da gərginləşir.


Aktrisa Cəmilə Tağızadənin həyat yoldaşının keçmiş xanımının onlara qarşı irəli südüyü şantaj və ittihamlara aydınlıq gətirmək üçün evli cütlüklə bağlantı qurduq.


Cəmilə Tağızadə: “Mən heç vaxt evli kişiylə görüşmərəm. Bunu özümə yaraşdırmaram. Mən Muradla tanış olanda o artıq 4 il idi ki, ayrılmışdı. Murad özü ayrılıq üçün məhkəməyə müraciət etmişdi”.


Evli cütlük məhkəmə ilə bağlı əsas sənədləri bizə təqdim etdi. Görüntülərdən də aydın olduğu kimi Cəmilənin həyat yoldaşı Murad keçmiş xanımından boşanmaq üçün özü məhkəməyə müraciət edib.


Cəmilə Tağızadə: “ “İlk növbədə Murad məhkəməyə müraciət edib. Boşanma davasını da Murad açıb. Qadın deyir ki, mən boşandım, canımı qurtardım. Ancaq bu düzgün deyil, Murad ondan boşanıb. Muradla keçmiş xanımı rəsmən boşanmamışdan öncə belə onlar ayrı yaşayırdılar”.


Murad: “Biz rəsmi olaraq, boşanmamışdan ayrı evlərdə yaşayırdıq. Bununla bağlı sənədlər də artıq sizdədir. Bu mövzu ilə bağlı Cəmilənin heç bir əlaqəsi yoxdur. Mən keçmiş xanımımla bu evlilikdən xeyli əvvəl ayrılmışam. Cəmilə ilə tanış olmam bu hadisədən uzun müddət sonra baş verdi”.


Cəmilə Muradla evlənməmişdən öncə bütün məsələləri əvvəlcədən danışdıqlarını, bununla bağlı söhbət etdiklərini də etiraf etdi.


Cəmilə Tağızadə: “ “Murad mənə əvvəlcədən demişdi ki, mən boşanmışam. Bir övladım da var. Biz ayrı yaşayırıq. Bir-birimizlə heç bir əlaqəmiz yoxdur. Uşağın alimentini göndərirəm, uşağın bütün xərclərini ödəyirəm. Qadınla heç bir təmasım yoxdur. Bunların hamısını biz evlənməmişdən öncə danışmışdıq. Mən heç kimin ailəsini dağıtmamışam, bunu heç vaxt da etmərəm”.


Həmin qadının Cəmilə ilə bağlı yalan-yanlış məlumatlar verməsi və aktrisanı pisləməsi isə tamam başqa bir mövzudur.


Cəmilə Tağızadə: “ “Mən həmin qadının adını belə bilmirəm. Kimdir, nəçidir, harda yaşayır, bu haqda məlumatım yoxdur. Ancaq mənim bütün ətrafm onu tanımalı oldu. Həmin qadın bizə qarşı yalanlar danışmağa başladı”.


Murad, boşanmanızdan illər keçib. Bəs, necə oldu ki, illər sonra keçmiş xanımınız belə bir yola əl atdı, ağız dadınızı qaçırdı.


Murad: “Keçmiş həyat yoldaşımın ortaya çıxmasının səbəbi Cəmilənin Azərbaycanda məşhur biri olmasıdır. Bizi təhdid etməyə başlamasının əsas səbəbi budur. O düşünür ki, bizdən pul qopara bilər. Bu insanın tək məqsədi puldur. Cəmilənin Azərbaycandakı mövqeyindən faydalanaraq, bizə yazıb şantaj etməyə başladı. Mənə pul verməsəz, sizi biabır edəcəm, dedi”.


Muradın keçmiş xanımı onun qızıllarının toy zamanı Cəmiləyə verildiyini iddia etsə də, Cəmilə bu məsələyə də aydınlıq gətirdi.


Cəmilə Tağızadə: “ “Deyir ki, qızıllar, bilərziklər onundur və ona alınan bilərziklər mənə verilib. Bilərziklərin ölçüsü mənim qolumun ölçüsündədir. Bunlar sifarişlə hazırlanıb. Nə qızıllar varsa, mənə alınıb. Onun qızlları isə ona vaxtında verilib. Biz elə insanlar deyilik ki, kiminsə haqqını yeyək”.


Məsələ ilə bağlı ən son məlumatları proses sonlandıqdan sonra yenə də “Şou məkan” sizə təqdim edəcək.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.