Alim Qasımov haqda film çəkilib

21 Oktyabr 2017 10:57

Xalq artisti Alim Qasımovla bağlı film çəkilib.


Ekran işi “Ömrün 60-cı ili” adlanır. Film xanəndənin yubileyinə həsr olunub.


Filmin rejissoru Ruşen Seyidə, quruluşcu rejissoru Hakan Kürklü, operatoru Akın Özendir.


Ekran işində A.Qasımovun həyatından, ailəsindən və yaradıcılığından bəhs edilib.