Çinarə Məlikzadə Rafet El Romanla duet oxuyacaq - video

23 Oktyabr 2017 11:59

Qısa zamanda sosial mediyada məşhurlaşıb tanınmış müğənniyə çevrilən Çinarə Məlikzadədən xəbər var. Azərbaycanda sevildiyi kimi Türkiyədə də özünə kifayət qədər fanat ordusu toplayan ifaçı məşhur türk müğənnilərindən biri ilə duet oxuyacağını açıqlayıb. Çinarə ARB Ulduz kanalının “Virtual həyat” proqramına verdiyi açıqlamada həmin müğənninin adını çəkməsə də, gənc ifaçı yaxın zamanlarda Rafet El Romanla birgə oxuyacağı mahnısını sevənlərinə təqdim edəcək.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.