“Xuraman Şuşalı məni sorğu-suala tutmağa başladı...” – Fatimə gərginliyi izah etdi

23 Oktyabr 2017 10:02

Hər zaman həmkarları tərəfindən “işçi arı” adlandırılan rəqqasə Fatimə Fətəliyeva və Xuraman Şuşalı arasında narazılıq böyüməyə davam edir. Bir-birilərini potensial rəqib kimi görən tərəflərin gərginliyini “Şou məkan” olaraq, incələməyə çalışdıq. Eyni biznes fərqli insanları bir-birinə qarşı qoydu.


Şou-biznesdə ağlı ilə bütün enişli-yoxuşlu yolları keçən rəqqasə Fatimə əgər belə olmasaydı, bu aləmdə çoxdan əriyib yox olardı.


Fatimə Fətəliyeva: “Fatimə çox ağıllı qadındır. Ağıl və saf olmaq tamam başqa şeylərdir. Mənim ağlım olmasaydı, məni bu aləmdə çoxdan udmuşdular. Demirəm ki, qadın çoxbilmiş olsun. Çünki o, çoxbilmiş olmamalıdır. Qadın çox şeydən xəbərsiz olmalıdır. Qadın nağılabənzər bir xanım olmalıdır ki, həyatdakı gözəllikləri hiss etsin və yaşasın”.


Fatimə Xuraman Şuşalı ilə aralarında olan gərginliyə münasibət bildirərkən, narazalığın qarşı tərəfin günahı ucbatından baş verdiyini söylədi.


Fatimə Fətəliyeva: “ “Biz bu söhbəti aramızda danışıb bağlaya bilərdik. Sadəcə olaraq, mövzu çox şişdi. Bu, nədən irəli gəldi? Mən tərəfdən yox, Xuraman Şuşalı bu barədə qarışıq bir açıqlama verdi. Halbuki, məsələ onun izah etdiyi kimi olmayıb. Xınayaxdı mərasimində mən məclisi idarə edirdim. Xuraman Şuşalı isə həmin mərasimə müğənni kimi dəvət olunmuşdu. Xuraman gəldi daxil oldu məclisə və özünə uyğun şəkildə məclisi aparmağa başladı. Mən yenə də öz böyüklüyümü saxlayaraq dedim, xoş gəlmisən. Halbuki, Xuraman hardasa xınayaxdı aparsaydı, mən gəlib belə bir hərəkət etsəydim, onun da xoşuna gəlməzdi. Mən rəqqasə kimi gəlirəmsə, aparıcı kimi dəvət olunmuramsa, onun etdiyini edirəmsə, bu zaman anlaşılmazlıq olardı”.


Xınadaxili yüngülvari sorğu-sualdan sonra Xuramanın niyyətini anlayan Fatimə üçün bu stəkanı daşıran son damla olub və aləm bir-birinə dəyməyə başlayıb.


Fatimə Fətəliyeva: “ “Məclis bitdikdən sonra niyə görəsə, Xuraman Şuşalı getmək istəmirdi. Nə üçünsə o, mənim işlərimlə bağlı sorğu-sual etməyə başladı. Məsələnin əslini anlayanda mənə pis təsir etdi. Mən ondan incidim və Xuramanı instaqramda “blok etdim”. Zəng vurub ona nə isə dedim? Yox. Sonra biz başqa bir məclisdə görüşəndə Xuraman dedi ki, məni “blok etmisən”, mən də səni “blok etmişəm”. Özü də ki gülə-gülə. Dedim ki, öpürəm. Çox sağ ol. O məclisdən sonra mən Xuramanla heç bir yerdə görüşməmişəm”.


Fatimə ilə Xuraman arasında niqab oxşarlığına görə yaranan qalmaqala da rəqqasə aydınlıq gətirdi.


Fatimə Fətəliyeva: “ “Bir oğlan var ki, xanımlara aid salonlara müəyyən aksessuarlar satır. Bunu isə mənə həmin oğlan hədiyyə etmişdi. Bir ildir ki, məndədir. Təsadüfən bu aksessuar əlimə düşdü. Telefonumla şəkillər çəkməyə başladım. Yoxlayırdım. Çəkdim yerləşdirdim. Bir də görürəm ki, hansısa saytlarda bu haqda niqab oxşarlğını yazıblar. Xuramanınkı bu cür deyildi”.


Qalmaqalın bu tərəfinə də Fatimədən açıqlama aldıqdan sonra keçək rəqassənin yeni işbirliyinə. Fatimə bundan sonra artıq rəqqasə Renka ilə çalışacaq.


Fatimə Fətəliyeva: “ “Xına gecələri üçün müştəri danışanda rəqqas kimi Renkanı tələb edirlər. Onların ilk sualı bu olur ki, həmin məclisdə Renka olacaq? Belə bir ideyamız var ki, yeni bir layihə hazırlayaq”.


Renka: “ “Fatimə hər zaman mənim yanımdadır. Mən ona baxıb güclü olmağa çalışıram. Bizim rəqs birliyimiz olacaq. Biz əvvəlcədən danışmayaq. İşimizi görək sonra danışarıq”.


Biz də sonda həm Fatiməyə, həm də Renkaya gələcək işlərində uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.