“Onun bu addımları heç kimə maraqlı deyil...” - video

24 Oktyabr 2017 11:09

Adı hər zaman qalmaqal sözü ilə yanaşı gələn prodüser Təranə Səmədova sandığı açdısa, o sandıqda demək ki, pambıqdan əsər-əlamət qalmıyacaq. Şou nümayənədlərini onların özlərindən daha yaxşı heç kim tanımır. Bax bu tanışlıq isə məşhurların bütün əməllərinin ortaya çıxması ilə nəticələnir.


Doğru söyləyənin 9 kənddən qovulduğunu dəqiq bilən Təranə Səmədova elə bu doğru sözləri ilə hər zaman özünü qalmaqalın alovunun düz ortasında tapır.


Təranə Səmədova: “Heç istəmərəm ki, adım səbəbsiz yerə qalmaqalda hallansın. Bu söhbətlər məni yorur. Hardasa haqqımı tələb edirəm, hardasa sözümü deyirəm, nəticədə adım qalmaqalda hallanır. Hər tanınmış cürət edib bu düzü deyə bilmir. Deyirəm, bəlkə, onlar düz edir, bəlkə də mən. Bilirəm ki, düzünü danışıram. Ancaq müəyyən məqamda görürsən ki, tamaşaçı məndən gələn fikri qəbul etmir, ancaq hansısa düz danışmayan sənətçinin və ya tanınmışın fikrini daha çox qəbul edir”.


Söz-söhbətlərə səbəb olacaq açıqlamaları ilə ətrafına düşmən yığan prodüserin söylədiklərindən belə aydın olur ki, o, bu vəziyyətdən qətiyyən narahat deyil.


Təranə Səmədova: “ “Kimsə mənim hansısa haqlı sözümdən inciyib mənə düşmən olacaqsa, bu, məni heç narahat etmir. Mən saxtakarlıq edim ki, ay aman onun xoşuna gəlim, xeyir. Kimdənsə, çörəyim, suyum gəlmirsə, həqiqəti deyirəmsə, o məni düşmən gözündə görürsə, Allah canını sağ etsin”.


“Baxırsan ki, tanınmışlardan kimsə girib bir status yazır, şəkil paylaşır, hardasa bir şərh bildirir, ona sıfır reaksiya olur. Onun bu addımları heç kimə maraqlı deyil. Ancaq mənim hansısa dostumun səhifəsində yazdığım rəy belə xəbərə çevrilir”.


Bəzi müğənnilərin səslərini dəyişib özlərinin prodüserliyini etdiyini lağa qoyan Təranə Səmədova bilinən bir məsələni yenidən ifşa etdi.


Təranə Səmədova: “ “Son 2 ildir ki, müğənnilərin əksəriyyəti prodüsersiz çalışır. Onların telefonlarına zəng edirsən, səsini dəyişib özü cavab verir. Soruşursan ki, filankəs xanım sizsiz? Deyir, prodüseridi, kimiydi ki, deyin ona çatdırım. Deyəndə ki, Təranədir, başlayır həmin adam özü kimi danışmağa. Dəfələrlə belə hadisələrin şahidi olmuşam”.


“Əslində bir müğənni ilə komanda işləməlidir. Vəziyyət o yerə gəlib çıxıb ki, onlara artıq belə rahatdır ki, bir prodüser tutsun özünə ki, həmin adam onun yanında gedib diski işə salsın, çayını daşısın, avtomobilin qapısını açıb bağlasın, mahnı oxuyanda 1-2 şəklini çəksin, instaqrama qoysun ki, ay mən tələbatlı müğənniyəm”.


Təranə, bu qalmaqallar səni bir gün uçurum kənarına gətirməsə yaxşıdır. Söylə görək, münasibətdə olduğun insan səni hər dəfə qalmaqal qazanında görəndə, nə deyir?


Təranə Səmədova: “ “O, mənə müəyyən qadağalar qoyur. Deyir ki, sən kiminsə haqqında yaxşı söz danışsan da, nəticədə səni daşqalaq edirlər, sənin sözün boğazdan keçmir, sənin fikrin təhrif olunur, sənin fikrinə quyruq qoyurlar, sənin fikrin müzakirə olunur. Deyir, sən yaxşı danışsan da, hamı yaxşı yazmır. Yenə də pisləməyə bir şey tapırlar”.


Şou-biznesin durğunluğu məsələsinə də toxunan prodüser sosial mediyanın aktivliyini əsas səbəb kimi göstərdi.


Təranə Səmədova: “ “Hazırda çox qəribə bir durğunluq var. Son bir ildə hansısa bir mahnı dəhşətli dərəcədə hit olmamışdı. Elvin Mirzəzadənin “Düşün məni” mahnısı hit oldu. Bir ayın içində mahnı elə bir vəziyyətə gəlib çıxdı ki, heç kim ona qulaq asmaq istəmir. İnsanlar bir şeyi üç gün ard-arda görəndən sonra bezirlər. Əvvəllər texnika bu qədər inkişaf etməmişdi. Hər şey mobilləşib deyə hər şey insanı tez usandırır”.


Belə...Biz də sonda Təranə Səmədovaya bütün işlərində uğurlarının bol olmasını arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.