"Səhnədə özlərini meymuna çevirirlər..." – Aslandan sərt sözlər - video

24 Oktyabr 2017 11:21

Uzun müddətdir efirlərdən əlini, ətəyini çəkib şou-biznes qazanına uzaqdan tamaşa edən müğənni Aslan Hüseynov, bax, o qazan haqda nələr danışdı, nələr. Bəzi həmkarlarını ağ yuyub qara sərən ifaçı onların əməllərini tənqid atəşinə tutdu. Həqiqətləri bir-bir gün üzünə çıxardı.


Qonşusunun vəziyyətinə baxıb qarnına ağrılar girən insanlardan fərqli olaraq, Aslan Hüseynov pul üçün hər şeyə hazır olan bəzi həmkarlarını qınaq atəşinə tutdu.


Aslan Hüseynov: “Kiminsə avtomobili var, ondan məndə də olsun deməmişəm. Mən heç vaxt heç kimin malına göz dikməmişəm. Bu, mənim üçün maraqlı olmayıb. O qədər müğənnilər var ki, pula görə səhnədə özlərini, sənətlərini meymuna çevirirlər. Ağızlarına gələni danışır, yalan məlumatlar üzə çıxarırlar”.


Bir-birinə pislik edib həmkarlarını qazdıqları quyuya salmaq istəyən bəzi şou nümayəndələrdən danışan müğənni onların çatışmazlıqlarını dilə gətirdi.


Aslan Hüseynov: “ “Əgər mənim hər şeyim varsa, mən sakitəm. Mən niyə kiməsə pislik edim ki? İstərdim ki, pis insanlar azalsın. Sənətdə elə kişi ifaçılar var ki, ailəsi yoxdur. Mən onlara ailə və uşaq arzulayıram. Heç vaxt heç kimə pislik arzu etmirəm. Heç kimin malına gözümü dikməmişəm ki, kimin nəyi var, kimin nəyi yoxdur. Arzu edirəm ki, evli olmayan sənətçilər ailə qursunlar və onların biraz insanlıqları artsın”.


Aslan Hüseynovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.