Məşhurlar sənət dostlarını etiraf etdilər - Sorğu - video

25 Oktyabr 2017 11:25

Şou-biznes sınaq meydanı olduğu üçün bu məkanda imtahandan keçib kiminsə ürəyinə qəbul olunmaq müşkül məsələyə çevrilib. Lakin illərdir bir-birinin atdığı bütün addımları görən şou əhli özlərinin sənət dostlarını çoxdan seçiblər. Görəsən, tanınmış simalar kimləri özləri üçün sənət dostu olaraq görürlər? ARB Ulduz“ kanalının “Virtual həyat” “ proqramı bunu araşdırıb.


Məşhurlara ağıllarına ilk olaraq gələn sənət dostlarının adını çəkməsini söylədiyimiz zaman onlar özlərinə, ürəklərinə yaxın həmkarlarını sadalamağa başladılar.


Gülay Zeynallı: “Sənət dostum deyəndə, şükür hamı ilə münasibətim yaxşıdır. Əsas odur ki, salam, sağolum var. İlk növbədə sənət dostum Humay Qədimova və Zenfira İbrahimovadır”.


Fatimə Fətəliyeva: “ Sənət dostum Xatundur”.


Nazənin: “Könül Kərimova, Xatun, Lamiyə Ələkbərovadır”.


Şou dostluqlarını tanımaq üçün ən yaxşı fürsət olan bu sorğumuzda artıq kim kimin üçün önəmli və dəyərlidir, bax bunun şahidi olacaqsız.


Nadir Qafarzadə: “Sənət dostlarım Manaf Ağayev, Nüşabə Ələsgərli, Xatirə İslam, İzzət Bağırovdur. Sənət dostum çoxdur. Ola bilər ki, kiminsə adını çəkə bilmədim”.


Roza Zərgərli: “Sənət dostlarım Elnur Məmmədov, Yaşar Yusub. Oğlanlardan bunların adını çəkə bilərəm”.


Lalə Məmmədova: “Sənət dostum bir deyil, çoxdur. Samir Cəfərov, Əkbər Əlizadə, Samira”.


Etiraflar indi təqdim etdiklərimizlə yekunlaşmır. Daha geniş sorğunu bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.