"Gəlir müğənnilikdən gəldi, meyxanadan yox..." - video

26 Oktyabr 2017 11:36

Meyxanadan müğənniliyə, kiçik məclislərdən populyarlğa doğru addımlayan, bəzilərinin qarın ağrısına düşüb qəbul etmədiyi Asif Məhərrəmov sakit danışdı. Sakit danışdı deyirəm, amma müğənni bu sakitliyin içərisində çoxlarının ürəyinə gedən qanı dayandıracaq sözlər işlətdi.


Əvvəllər meyxana deyib sözün üzərində ayaqyalın gəzən Asif Məhərrəmov Üzeyirlə duet oxuduqdan sonra müğənniliyə başladığını etiraf etdi.


Asif Məhərrəmov: “Mən əvvəllər sırf meyxana demişəm. 2011-ci ildə Üzeyir Mehdizadə ilə duet oxuduq. Gördüm ki, meyxanadansa, oxumaq məndə daha yaxşı alınır. O vaxtdan müğənniliyə keçdim. Hərdən bir deyişmə ola bilər, xeyli vaxtdır meyxana ilə məşğul deyiləm”.


“Gəlir daha çox müğənnilikdən gəldi, meyxana tərəfdən yox. Bu gün meyxana ilə üzə çıxmaq, tanınmaq bir qədər çətindir. Oxumaq elədir ki, əgər səsin varsa, oxumağın yolunu bilirsənsə, üç mahnıdan birini “tutuzdura bilərsən””.


Bəzilərinin Asifə özündən razı insan olduğunu deməsinə isə müğənni tutarlı cavab verdi. Nə özündən razı, nə də narazı olduğunu söylədi.


Asif Məhərrəmov: “Mən hər yerdə demişəm ki, Allah təkəbbürlü insanları sevməz. Mən özümdən razı insan deyiləm, eyni zamanda özümdən narazı da deyiləm. Kimsə mənə hansısa sözü deyibsə, sözün deyiliş forması var, o formaya uyğun cavab vermişəm. Qeyri-mümkündür ki, qarşımdakı insan mənə nəyisə normal desin, mən durum ona əksinə cavab verim”.


Asif Məhərrəmovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.