"Kinoşünaslar məni çox bəyənirlər..." – İlqar Muradov - video

27 Oktyabr 2017 11:21

Hər zaman şou proqramlardan uzaq qaçan, mediyanın suallarının boğazında düyünlənib qaldığı İlqar Muradov noyabrda reallaşacaq konserti ilə bağlı açıqlama verdi. Hər zaman eyni imicdə gördüyümüz müğənni çəkildiyi film haqda danışdı, eksklüziv açıqlamalar verdi.


Noyabr ayında Heydər Əliyev Sarayında böyük konsert proqramı ilə çıxış edəcəyini söyləyən İlqar Muradov bütün sevələrinə səsləndi və konsertinin qeyri-adi hissələrini bizimlə bölüşdü.


İlqar Muradov: “Noyabr ayının 25-də Heydər Əliyev adına Sarayda konsertim olacaq. Bütün sevənlərimi həmin konsertə dəvət edirəm. Konsert 1 saat yarım olacaq”.


“Konsertdə seçilmiş mahnılar, xalq, bəstəkar mahnıları, müəyyən rəqslər, çəkildiyim filmdən fraqmentlər, Norveç layihəsindən hissələr olacaq”.


“Xeyirlə şərin rəqsi” filmində əsas qəhrəmanı canlandıran müğənni ekran işinə çəkilən zaman qarşılaşdığı bütün çətinlikləri etiraf etdi.


İlqar Muradov: “Aktyorluq çox çətin sənətdir. Kino çətindir. Mən filmə çəkilərkən kinonun çətinliklərini, incəliklərini hiss etdim, yaşadım. Aktyorlarımıza Allah səbr versin. Bu iş çox çətin və məsuliyyətlidir. Rejissor Yavər Rzayevin sayəsində film uğur qazanıb. Peşəkar aktyorlar, kinoşünaslar məni çox bəyənirlər.


İlqar Muradovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.