"Kiçik toyundan sonra oğlumun üzünü göstərəcəm..." – Şəbnəm - video

30 Oktyabr 2017 10:45

Ana olduqdan sonra bir müddət sənət qazanının ağzını bağlayıb sakit dayanan Şəbnəm Tovuzlu yaradıcılığa bir qayıdıb ki, gəl görəsən. Bir-birinin ardınca 5 klip çəkdirəcəyini açıqlayan müğənni yeni işlərinə start verib. Fotosessiya etdirən sənətçinin sənət yeniliklərini indi biləcəksiz.


Müğənni Şəbnəm Tovuzlunun, qollarını çırmalayıb işə bağladığını elə ifaçı ilə söhbətimizin studiyada baş tutmasından görə bilərsiniz. Ancaq Şəbnəm deyəsən, durub-durub birdən yaman tələskənliyə düşüb.


Şəbnəm Tovuzlu: “Bu ay mən 5 mahnı üzərində işlədim. 2 mahnımız da yoldadır. Studiyada olmağımdan bilinir ki, işə başlamışam. Axşam da burda olmuşam. Mahıya qulaq asmışam. Bir neçə günə Türkiyədə aranjiman olunub gələcək. Mənim səhvliyim, tələskənliyim odur ki, o barədə hər zaman da prodüser və menecerim tərəfindən yaxşı mənada danlanıram. Deyirlər ki, sən tələskənsən. Bu qədər əziyyət çəkirsən, qonorar ödəyirsən. 7 mahnıya pul ödəmək zarafat deyil. Bunların məni danlamaqda məqsədi odur ki, sən mahnıları bir-bir çıxarmalısan, hamısını birdən yox”.


“Sevdiyim adamdır” mahnısının daha çox bəyənildiyini deyən müğənni həmin ifanın sevdiyi şəxsə aid olduğunu vurğuladı.


Şəbnəm Tovuzlu: “”Sevdiyim adamdır” mahnısı daha çox sevilir. Kütlə daha çox bu mahnını qəbul elədi. Mahnının sözləri Vüsal İbrahimova, musiqisi Ruslan Səfəroğluna aiddir”.


“Allah hər kəsi öz sevdiyi ilə bir yerdə etsin. Mahnıdır, ürəyimdən gəlib yazdırmışam. Təbii ki ailəmə həsr olunub. Həyat yoldaşım bu mahnını bilirdi, sözləri dinlətmişdim. Mahnı çox xoşuna gəlir. Hər gün evdə olanda qulaq asır. Məncə həm xanım, həm də kişi tərəfindən xoşagələn bir şeydir ki, sevdiyi şəxs ona mahnı oxusun”.


Elə təbiətin qoynundaykən fürsət bu fürsətdir deyib, “Sus biraz da dinlə” mahnısına da rolik çəkən müğənni fanatlarının ürəyini fəth etməyin yollarını yaxşı bilir.


Şəbnəm Tovuzlu: “Digər mahnım “Sus biraz da dinlə” adlanır. O mahnımı Tural, Toğrul qardaşları yazıb. Aranjiman isə Elvin İmanova aiddir. Bu mahnıya da rolik çəkildi”.


Daha çox gənclər tərəfindən sevilən və rejissorluğunu Ramin Aslanovun etdiyi dinamik “Çanta” mahnısına klip çəkdirdiyini söyləyən Şəbnəmin bu işini görmək üçün gözdə-qulaqda olun.


Şəbnəm Tovuzlu: “”Çanta” mahnım daha çox gənclərin sevgisini qazandı. Mahnının söz və musiqisi Nurlan Təhməzliyə aiddir. Nurlan gözəl yazır. Özü də gözəl ifaçıdır. Bilirəm ki, mahnının klipi çıxanda partlayış olacaq”.


“Klipin çəkiləcəyi məkanın icazəsini çox çətinliklə aldıq. Ora xarabalıq olsa da, qorunan sahədir. Müdiriyyəti sağ olsun, icazə verdi. Renka da sağ olsun hər zaman yanımdadı, ətrafındakı rəqqaslarla birgə. Orda rəqqas çox gözəl rəqslər edib. Bəzi rəqsləri mənə də öyrətdilər. Bu da yenilik oldu”.


Son olaraq oğlu ilə bağlı ürəkdolusu danışan sənətçi övladına kiçik toy etdikdən sonra oğlunun üzünü göstərəcəyini söylədi.


Şəbnəm Tovuzlu: “Əlinin bu yaxınlarda şokolada bulaşmış şəklini qoydum. Tortu qoyduq qarşısına, bütün üzü şokolad oldu. Onu da instaqramda paylaşdım və maraqla qarşılandı. 4 ya 5 yaşında ona kiçik bir toy edərik, o kiçik toyunda bütün sənət dostlarım başında olar. O zaman orda əlini də, atasını da tanıyarlar. Mediya nümayənədlərinə də icazə verərik, çəkərlər”.


Biz də sonda müğənniyə ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.