"Şou-biznesdə ikiüzlü, ayaq altı qazan, süni insanlar çoxdur..." - Yaşar - video

30 Oktyabr 2017 10:51

Tənbəl olduğu söylənilən Yaşar Cəlilov həqiqətən də, son zamanlar səsi-səmiri kəsilmiş kimi hər kəsdən uzaq düşüb. Yəqin şou-biznesdəki qaranlıq onu bu aləmdən uzaq saxlayır. Daş atıb bəzi həmkarlarının bostanını inşaat sahəsinə çevirən müğənni ARB Ulduz kanalının“Virtual həyat” proqramına maraqlı açıqlamalar verdi.


Müğənni Yaşar Cəlilov ağzını açıb kəlmələrini düzməyə başlayan kimi görünmək xatirən efirlərə çıxmaq fikrində olmadığını söylədi, bir həftəlik ömrü olan bəxtsiz mahnılardan danışdı.


Yaşar Cəlilov: “Baxıram da, bizim müğənni dostlarımızın çıxardığı mahnılara. Sadəcə mahnıdı. Bir həftə sevilir, ya sevilmir, sonra da unudulub gedir. Mən bu sözü deyirəm altından da imzamı atıram. Sinəmə döymürəm. Sadəcə olaraq, faktdan danışıram ki, mənim repertuarımda elə bir mahnı yoxdur ki, onun ömrü bir həftə, bir ay, yaxud bir il olsun”.


Gənc həmkarlarının toy sövdələşəmələrinin yalan olduğunu ifşa edən müğənni çəkinmədən sözünün kəsərini birbaşa ifadə etdi.


Yaşar Cəlilov: “Mənim yaşıdım olan müğənnilər var ki, deyirlər toya 5 minə gedirəm, 10 minə gedirəm. Vallah hamısı yalandır. Hamısının da qiyməti 2500-3 min manatdır. Bunu deyirəm, kim istəyir onlara sübut da edə bilərəm. Elə dostlarım var ki, mən onlara deyirəm, sənin toyunda qonaq kimi iştirak etmək istəyirəm. Deyirlər, gəl bizim toyumuzu sən apar. Deyirəm, yox. Mən orda qonaq kimi iştirak etmək istəyirəm. Gedir başqası ilə danışır. Deyir toyuma onu danışdım. Deyirəm, neçəyə. Deyir, 2500-ə. Mən şoka düşürəm. Hansı ki bir neçə gün öncə həmin adamla söhbət edəndə deyir ki, 5 mindən aşağı getmirəm”.


“ Şou-biznesdə ikiüzlü insanlar çoxdur, ayaq altı qazanlar çoxdur, süni insanlar çoxdur. Ona görə də şou-biznesdə dostum azdır.


Yaşar Cəlilovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.