Məşhurlar sənət dostlarının kim olduğunu etiraf etdilər

01 Noyabr 2017 16:32

Şou-biznes sınaq meydanı olduğu üçün bu məkanda imtahandan keçib kiminsə ürəyinə qəbul olunmaq müşkül məsələyə çevrilib. Lakin illərdir bir-birinin atdığı bütün addımları görən şou əhli özlərinin sənət dostlarını çoxdan seçiblər. Görəsən, tanınmış simalar kimləri özləri üçün sənət dostu olaraq görürlər?
Məşhurlara ağıllarına ilk olaraq gələn sənət dostlarının adını çəkməsini söylədiyimiz zaman onlar özlərinə, ürəklərinə yaxın həmkarlarını sadalamağa başladılar.
Nadir Qafarzadə: “Sənət dostum Manaf Ağayev, Nüşabə Ələsgərli, Xatirə İslam, İzzət Bağırovdur. İndi kimin adını çəkə bilmədimsə, ola bilər də”.
Roza Zərgərli: “Elnur Məmmədov, Yaşar Yusub. Oğlanlardan bunların adını çəkə bilərəm”.
Lalə Məmmədova: “Sənət dostlarım bir deyil, çoxdur. Sənət dostlarım Samir Cəfərov, Əkbər Əlizadə, Samiradır”.
Müğənnilərdən Elton Hüseynəliyev və Bahar Lətifqızının nə qədər çox sənət dostunun olduğunu isə elə bu sorğumuz zamanı öyrəndik. Sualı ünvanlayan kimi müğənnilərin dost siyahısının ucu-bucağını itirdik.
Elton Hüseynəliyev: “Sənət dostlarım çoxdur. Pərviz Abdullayev, Ayaz Qasımov, Nurlan Növrəsli, Abbas Bağırov, Zamiq, Emil Bədəlov, Tunar Rəhmanoğlu. Bu siyahıda xanımlar da var. Ancaq bu qədər bəs edər”.
Bahar Lətifqızı: “Sənət dostum deyəndə çox adam ağlıma gəlir, ancaq Mətanət Əsədova, Mənzurə Musayeva, Rəvan Qarayev, Yeganə, Mətanət İsgəndərli, Nazpəri Dostəliyeva. Vallah, onların məndən suyu-çörəyi gəlmir, mənim də olardan, ancaq bu sənət dostlarımın hərəsinin bir özəlliyinə görə onları sevirəm”.
Məşhurların bir qismi isə sənət dostu baxımından bir qədər kasadlıq yaşayırlar, deyəsən. Ola bilsin ki, tanınmışların çoxu bu siyahıya düşməyə layiq olmayıb.
Aysel Əlizadə: “Sənət dostum deyəndə ağlıma ilk olaraq, Günay İbrahimli, Gülay Zeynallı gəlir”.
Namiq Qaraçuxurlu: “İlqar Muradov. Burdaydı deyə ağlıma ilk olaraq o gəldi. Sənət dostlarım çoxdur”.
Elnarə Xəlilova: “Ağlıma ilk gələn sənət dostum Samiradır”.
Ayaz Qasımov: “Sənət dostum Elton Hüseynəliyevdir”.
Şou dostluqlarını tanımaq üçün ən yaxşı fürsət olan bu sorğumuzda artıq kim kimin üçün önəmli və dəyərlidir, bax bunun şahidi olmaq mümkündür.
Gülay Zeynallı: “Sənət dostum deyəndə, hər kəslə münasibətim yaxşıdır. Əsas odur ki, salam-sağolum var. İlk növbədə Humay Qədimova, Zenfira İbrahimovadır sənət dostum”.
Fatimə Fətəliyeva: “Xatun”.
Nazənin: “Könül Kərimova, Lamiyə Ələkbərova”.
Əlikram Bayramov: “Mənim sənət dostlarımdan birincisi Əflatun Qubadov, dəyərli dostumdur, ailəvi dostumdur. Sənət dostum deyəndə birinci o gözümün önünə gəlir”.
Bu sorğumuzla şou əhlinin bilinməyən daha bir tərəfinə işıq tutmuş olduq. Sənət dostu olmaq üçün şou üçün dəridən-qabıqdan çıxmaq yox, ortaya səmimiyyət və ürək qoymaq lazımdır.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.