“Ev ala biləcəyim qonorar verilərsə, o zaman...”, - Nərgizdən şərt

06 Noyabr 2017 16:01

Modellərin çılğınlıq arzuları, bitib-tükənməyən istəkləri və hər zaman həmkarlarından bir addım öndə olmaq iddiası hər halda, qınanılacaq bir şey deyil. Model Nərgiz Abdullayevanın da iddialı fikirlərini, fantastik qonorar arzularını zamanın nəbzi kimi qəbul etdik. İndi Nərgizin heç yerdə eşitmədiyiniz açıqlamalarının şahidi olacaqsız.

Nərgiz Abdullayeva: “Anlamıram ki, xalqımız niyə bizi dəstəkləmir. Ancaq pisləyirlər. Mən bunu başa düşmürəm”.

“Hollivud ulduzları Azərbaycana gələndə özlərini öldürürlər. Bizim modellərimizin onlardan nəyi əskikdir ki?”

Modellik arzusunun  birdən-birə ortaya çıxmadığını deyən Nərgiz Abdullayeva hər zaman ailəsinin ona bu sahədə dəstək olduğunu etiraf etdi.

Nərgiz Abdullayeva: “Modellik mənim üçün sonradan yaranan bir hobbi olmayıb. Uşaqlıqdan istəyim, xəyalım olub. Çalışdığım qədər layiqli adlar almışam, uğurlar əldə etmişəm. Bu işdə ailəm mənə çox dəstək olur. Uşaqlıqdan həmişə deyirdilər ki, nəyi istəyirsənsə, onun arxasınca get. Bizim ailədə sıxmaq filan yoxdur. Hər kəsin fikrinə hörmətlə yanaşılır”.

“Hazırda model və aktrisa kimi fəaliyyət göstərirəm. Özümü ən çox aktrisalıqda görürəm. Bu, məndə içdən gələn bir qabiliyyət, bacarıqdır. Məndə aktrisalıq təbii alınır”. 

Müəyyən fotosessiyalar etsə də, hələlik o qədər də iddialı görünməyən fotolar çəkdirən Nərgiz həmkarlarını geridə qoymaq üçün çərçivələri alt-üst etmək istəyirmi?

Nərgiz Abdullayeva: “Mən də açıq-saçıq çəkilişlər istəyirəm. Özümə güvənirəm. Bilirəm ki, həmin çəkilişlərim uğurlu alınar. Ailəm də buna dəstəkçidir. Hələ ki yaxın ətrafım bunu qəbul eləməz. Mən bu tip fotosessiyaları fərdi deyil, hansısa şirkətin təklifi əsasında etdirməyi düşünürəm”.

İlkləri sevdiyini deyən model Nərgiz Abdullayeva ona təklif ediləcək fantastik qonorar qarşılığında açıq-saçıq fotosessiyalar etdirəcəyini söylədi.

Nərgiz Abdullayeva: “Tam açıq-saçıq çəkiliş bildiyim qədərilə Azərbaycanda olmayıb. Düzdür, ilklərə imza atamağı sevirəm. Tam açıq-saçıqlıqla yarım açıq-saçıqlıq arasında mənim üçün bir qonorar dayanır. Qonorar elə bir məbləğ olmalıdır ki, mən o qonorara ev ala bilim. Yəni ev ala biləcəyim qonorar verilərsə, o zaman açıq-saçıq fotosessiyalar etdirərəm”.

Sosial şəbəkələrdə onu topa-tüfəngə tutub qınaq obyektinə çevirənlərə isə modelin cavabı bu oldu.

Nərgiz Abdullayeva: “Mən şəkillərimin şərh yerini bağlayıram. Yazırlar ki, soyunmaqla model olunmur. Əslində bu yanlış fikirdir. Əgər sən modelsənsə, hər formada çəkilə bilərsən. Hansısa açıq-saçıq şəkil çəkdirib paylaşan kimi şərhlərdə yazırlar ki, soyunmaqla reytinq qazanmaq istəyirsən. Əgər təklif mənə gəlibsə bu, mənim işimdir, etməliyəm”.

Sağlam rəqabət tərəfdarı olan Nərgiz həmkarlarının işini pisləyib gözardına vuranlardan fərqli olaraq, onlardan daha yaxşı iş görməklə cavab verə biləcəyini söylədi.

Nərgiz Abdullayeva: “Bu sahədə tanımadığm model, aktrisa yoxdur. Düşmən olmağı sevən biri deyiləm. Hər kəsin çəkilişinə, fotosessiyasına sayqı duyuram. Biri var paxıllıq, yəni həmkarının işini pisləyirsən, o başqadır. Ancaq sağlam rəqabət tamam fərqli bir şeydir. Mən həmkarımın işini pisləmək yerinə, ondan daha da uğurlu bir çəkiliş etməklə mübarizə apararam”.

Biz də sonda model Nərgiz Abdullayevaya gələcək fəaliyyətində uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.