Niyam Salaminin yeni klipi ilə bağlı isti məqamlar...

13 Noyabr 2017 18:42

Niyam Salamini də “işçi arı” adlandırmaq olar. Hə halda hər zaman öz üzərində çalışan ifaçının çalışqanlığının nəticəsidir ki, o artıq yeni klipini də sevənlərinə təqdim edib. Növbəti iş kimi Renkanın da iştirak edəcəyi açıq-saçıq bir klip ərsəyə gətirəcəyini söyləyən Niyamın düşüncələri yaman qarışıqdı. Ən yaxşısı özünüz baxın və bilin. 

Yeni mahnısının şan-şöhrəti o qədər tez yayılıb ki, Niyam Salami ardı-arası kəsilməyən tələblərə cavab olaraq, klip çəkdirməyə qərar verib.

Niyam Salami: “Elvin İmanov mənim və öz zövqünə uyğun olaraq, bir mahnı yaratdı. Aranjimandan çox xoşum gəldi. Mahnının adını da bəyəndim, “Yanımdan danışmadan keç”. Gördüm ki, mahnını oxuyuram və mənə yazırlar ki, filan efirdə bu mahnını oxumusuz, filan yerdə bu mahnını səsləndirmisiz, bunu necə tapaq? Anladım ki, ifaya xeyli maraq var”.

“Dedim klip çəkdirək. Beynimdə bir fikir var idi. Onu yerinə yetirdim. Deyim ki, möhtəşəm bir klip çəkdirdim yox”.

Bu yağış payız gələn kimi sənətçilərin qəsdinə durub onların klip çəkilişinə imkan vermir. Aydın olur ki, Niyam da eyni problemin qurbanı olub.

Niyam Salami: “İş görmək istəyirsənsə, nə isə etməlisən. Mən işə başlayan kimi yağış yağdı. Hər şey hazır idi. Klipdə bayır görüntüləri də olmalıdı idi. Yağış yağdı, qanım qaraldı”.

Nəticədə, Niyam “bu səhnə, bu da mən”, deyib vəziyyətdən çıxış yolu tapıb və klipi başqa bir tərzdə çəkməyə qərar verib.

Niyam Salami: “Model dostum var, Orxan Məmmədov. Zəng etdim, gəldi. Nunu Allahverdizadə var, o da dostumdur. Ona da zəng etdim. Aləmi bir-birinə qatıb hamını bir yerə yığdım, bir şey yaratdım”.

“Qapalı yerlərin çəkilişi elə də asan başa gəlmir. İşığın səhnədə qurulması üçün yarım saat, bir saat vaxtımız getmədi, sadəcə on dəqiqəy hər şey hazır oldu. Gəlib görürdüm ki, mən istədiyimdi. Ona görə ürəyim gülür. Çəkiliş normal keçdi”.

Bu işindən sonra müğənni elə bir klip çəkmək niyyətindədir ki, klipin ab-havası qaynayan qazanın altını yaman körükləyəcək.

Niyam Salami: “Hazırda çəkilən klipdən sonrakı iş çox gözəl bir iş olacaq. Orda Fərid Ağa çəkiləcək, orda Rüfət var, orda mən varam, orda rəqqasə Renka var, model oğlan var”.

Niyam, birdən-birə hardan ağlına gəldi ki, Renkanı da klipə daxil edib bu cür açıq-saçıq bir iş ərsəyə gətirəsən?

Niyam Salami: “Klipdə həddən artıq açıq-saçıqlıq olmayacaq, Renka tərəfdən açıq-saçıqlıq olacaq. Klipin ritmi bunu tələb edir. Mən buna məcburam. Çəkiliş üçün Renkadan icazə almışam. Orda şokoladdan istifadə olunacaq, qəhvədən istifadə olunacaq, dulus palçığından istifadə olunacaq”.

“Mən elə bir klip çəkmərəm ki, məni daş-qalaq etsinlər. Elə bir klip yaradacam ki, daş-qalağa ehtiyac qalmayacaq”.

Sonda müğənninin yeni işlərinin məneəsiz şəkildə uğur qazanmasını arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.