Lalə və Nurkan cütlüyündən eksklüziv etiraflar gəldi

14 Noyabr 2017 15:16

Bir tərəfdən həmkar, o biri tərəfdən ailə olan Lalə və Nurkan cütlüyünü övladları ilə bərabər, necə deyərlər, uşaq parkında yaxalayıb, söhbətləşdik. Artıq 7 ildir evli olan ikili həyatlarını iş və ev yolu üzərində qurub. Bir müddət sonra Türkiyəyə köçmək fikrində olduqlarını söyləyən cütlük sənətlərini orda da davam etdirəcəklər.  

Sənətdən kənar ən gözəl anın ailəylə keçirilən zaman olduğunu deyən cütlük övladları dünyaya gələndən sonra iş və ailə həyatını çətinliklə idarə etdiklərini söylədilər.

Lalə: “İnanırsınız, başım bütün günü uşaqlara qarışır. Ancaq tədbi , ev...Başqa işlərə vaxt olmur. Özümə ayırmağa qətiyyən vaxtım yoxdur”.

Nurkan: “Çox şükür övlad sahibiyik. Allah olmayanlara nəsib etsin. Ata – ana olmaq çox gözəl bir duyğudur. Ən gözəl vaxt uşaqlarla keçirdiyimiz vaxtdır. Bəzən parka gəlirik , bəzənsə heç  evdən bayıra çıxmadan vaxt keçiririk”.

Kiçik bir səbəb ucbatından ailə həyatını dağıdıb pərən-pərən düşən gənclərdən fərqli olaraq, bu cütlük artıq 7 ildir ki, evlidir.

Nurkan: “Biz  yeddini  on yeddi , iyirmi yeddi , əlli yeddiyə çatdıracağıq”.

Lalə: “Biz şəkil paylaşanda şərhlərdə yazılır ki, Allah sizi xoşbəxt etsin , ayrılmayasınız. Əfsuslar olsun ki, indi gənc ailələr istər sənətdə olsun, istərsə də qeyri-sənətdə tez ayrılırlar”.

Nurkan: “İstər Fransa vətəndaşı olsun, istərsə də Türkiyə vətəndaşı, ayrılmaq asandır. Ailə qurandan sonra o ailəni saxlamaq çətindir. Ayrılıq çıxış yolu deyil”.

Lalə: “Biraz daha səbirsizik , biraz özümüzdən tez çıxanıq. Yəqin ona görə də bu boşanmalar olur. Amma yenə də indiki ailələr səbir edə-edə gəlib çatıb. Gənclərə də məsləhətimiz odur ki, biraz daha səbr etsinlər”.

Nurkan: “Hamının həyatında aclıq da olur, toxluq da. Madiyyatla da bağlı problemlər özünü göstərir. Əgər səbr etməsən, ailən dağılacaq”.

Nurkan deyingənliyi etiraf etdi, nə etdi. Yəqin ki, bu deyingənlik Lalə üçün baş ağrısı olub daha böyük problemlərə yol açmır.

Lalə: “ Deyingənliyi olmasa, əla olar. Çox başım ağrıyır”.

Nurkan: “O niyə ordadı, bura niyə belə dağınıqdı, bura niyə tozludu? Mən biraz vasvasıyam. Sözümüz qarşısına söz qoyması mənfi xüsusiyyətidi. Yığışdır deyirəm, yığışdıraram deyə cavab verir. Mən iki uşağıma da baxıram, bezini dəyişirəm, yuyundururam. Anaya hansı iş düşürsə, məndə o işi görürəm.  Öz uşağımdı , qonşunun uşağı deyil ki, etməyim”.

Övladları arasında elə bir yaş fərqi olmayan cütlük necə olursa olsun, onsuz da uşaqların böyüyəcəyini söylədi. Ömür bitər, iş bitməz deyə çıxarış verdi.

Lalə: “Əslində uşaqlar arasında fərq çox olanda mənim xoşuma gəlmir. Bir də görürsən, biri 6-7 yaşındadır, ikinci uşaq isə hələ yeni doğulub. Amma bunlar artıq bir-biriləriylə oynayırlar, başları qarışır. Mənə də rahat olur”.

Nurkan: “Ömür bitər, iş bitməz. Ona görə də ailəni ön plana çıxardıq. İndi daha rahatıq. Uşaqlar böyüyüb, biri 3 yaşında, o biri yaş yarımlığındadır. İkisi də mənə bənzəyir, o tərəfdəndə şansım gətirib.Talehləri gözəl olsun, kimə oxşayırlar oxşasınlar”.

Bir müddət sonra Türkiyəyə gedəcəklərini söyləyən Nurkan elə orda da müğənnilik sənətini davam etdirəcəyini söylədi.

Nurkan: “Hər şey qismətdir. Bəlkə də, belə olmalıydı. Gəldim, evləndim, ailəm, uşaqlarım oldu. İndi artıq uşaqlar üçün həyat qurmaq vaxtıdır. 2-3 il içində getməyi düşünürəm. Artıq plan qurmuşam”.

Biz də sonda cütlüyə ailə həyatında və yaradıcılıqlarında hər zaman uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.