“İkinci dəfə ailə qurub, üçüncü uşaq istəyərəm...” – Nigarın arzusu

15 Noyabr 2017 16:37

Londonla Bakı arasında ilişib qalan, bu iki şəhəri artıq su yoluna çevirən müğənni Nigar Camal övladları ilə bağlı danışdı. Yenidən ana olmaq istəyini də gizlətməyən ifaçı, hətta ikinci dəfə ailə qurmaq niyyətini də açıqladı.

Müğənni Nigar Camal üçün “Avroviziya” ərəfəsində baş tutan hazırlıq mərhələsi o qədər pekəkarcasına olub ki, ifaçı həmin anların təsirindən indi də çıxa bilmir.

Nigar Camal: “”Avroviziya” ərəfəsində, 3 ay ərzində baş tutan hazırlıq zamanı tam başqa bir həyat yaşayırsan. Ulduzlu bir hyat yaşayırsan. Böyük bir komanda işləyir sənlə”.

“Hər gün dərslərin var: aktyorluq dərsləri, vokal dərsləri, xareoqrafiya, mediya dərsləri. 3 ay ərzində o həyata o qədər öyrəşirsən ki, sonra çətin olur. Həmin müddət ərzində yanında psixoloq və köməkçilərin olur”.

“Hər gün harasa uçurduq, gəlirdik konsert verirdik, səhər yenə uçurduq. 4-5 ay sonra mən övladlarımı da götürüb istirahətə getdim. Elə xoşbəxt idim ki”.

Çəkildiyi filmdən danışan Nigar ekran işinin çəkilişləri yay mövsümündə olduğu üçün övladları ilə bağlı vaxt ayırma baxımından heç bir problem yaşamayıb.

Nigar Camal: “Dekabr ayında filmimizin qala gecəsi olacaq. İlk dəfədir ki, bu filmdə baş rolu canlandırıram. Bundan öncə Türkiyənin “Yahşi cazibe” serialında rol almışdım. İlk dəfədir ki, kinokomediyada baş rolu ifa edirəm. Çox istərdim ki, insanların xoşuna gəlsin”. 

“Görüşdüm, ssenari ilə bağlı danışdım. Mənə maraqlı gəldi. Əvvəl çəkilməyə elə də əmin deyildim. Çəkilişlər yarım ay davam etdi. Yay mövsümü idi. Yayda da uşaqlarım Bakıda olurlar. Burda uzun müddət elə həmin ərəfədə qalıram”.

Sevmədiyi insanla heç bir zaman ailə qurmayacağını xüsusi vurğulayan müğənni xoşbəxt olacağını düşündüyü şəxslə evlənəcəyini açıqladı.

Nigar Camal: “Mənim üçün münasibət çox önəmlidir. Əgər münasibət qursam, gərək həmin adam sevdiyim insan olsun. Sevmədiyim insanla heç bir zaman münasibət qurmaram”.

“Qarşıma sevəcəyim insan çıxsa, mənə qarşı hörməylə yanaşsa, həmin insanla xoşbəxt olsam, onunla ikinci dəfə ailə quraram”.

“Çox istərdim ki, evlənəcəyim adam azərbaycanlı olsun. Ona görə ki, eyni mədəniyyətə aid olarıq, eynə ölkədə yaşayarıq”.

Sən demə, Nigar Camalın iki qız övladından sonra üçüncü dəfə ana olmaq istəyi də varıymış.

Nigar Camal: “Ana olmaq ən gözəl hissdir. Çox istərdim. Gələcəkdə üçüncü dəfə ana olmağı düşünürəm”.

Biz də sonda müğənniyə ailə həyatında və işlərində uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.