“Açıq-saçıq səhnə təklifləri gəlib, ancaq...” – Pərvin etiraf etdi

16 Noyabr 2017 16:54

Gündəm - qazanı qaynadan ocaq kimidir. Nə qədər ki, ocaq möhkəm yanır, demək ki, qazan qaynayacaq və gündəm çalxalanacaq. Aktrisa Pərvin Abıyeva da gündəmi çalxalamaq üçün bəzən bilərəkdən, bəzən isə özündən asılı olmayaraq, ocağı körükləyir. Əsas olan odur ki, qazan yanıb kül olmasın.

Aktrisa Pərvin Abıyeva onu tənqid atəşinə tutanlarla hər zaman mübarizə apardığını desə də, artıq həmin tənqidlərin öhtəsindən gəlməkdə çətinlik çəkdiyini etiraf etdi.

Pərvin Abıyeva: “Türklər demişkən, çox acımasız tənqid edirlər. Çox vaxt tənqiddən təhqirə keçirlər. Çalışıram, bacardığım qədər susum, amma bəzi nüanslar var ki, artıq susa bilmirsən. Ya cavab yazırsan, ya da qanuni yollara əl atırsan. Düşünürəm ki, bu öhtəsindən gəlinəcək bir şey deyil artıq. Mumkün deyil”.

Ətrafdakıların fikrinin elə də önəmli olmadığını deyən aktira yalnız öz qaydaları ilə yaşadığını söylədi.

Pərvin Abıyeva: “Yaxınlarım da bilirlər ki, mənim özüməxas qayda-qanunlarım var. Qanun-qayda ilə yaşayan insanam. Ancaq öz qaydalarımla. Ətrafın fikri mənim üçün önəmli deyil. Çünki onlara baxsam, artıq öz həyatımı yaşamayacam, başqaları üçün yaşamış olacam”.

Açıq-saçıq səhnələrə çəkilmək üçün Pərvin Abıyevaya təkliflər gəlsə də, aktirsa həmin təkliflərə hər zaman rədd cavabı verdiyini bildirdi.

Pərvin Abıyeva: “Adım elə çıxıb ki, guya mən açıq-saçıq səhnələrə çəkilmişəm. Mənim bu günə kimi oynadığım heç bir filmdə açıq-saçıq səhnə yoxdur. Bəzi danışıqlar ola bilər, o da ki normaldır. Əgər küçə qızını oynayırsansa, məcbursan ki, küçə danışıqları danışasan. Küçə qızı aristokrat danışa bilməz. Açıq-saçıq səhnə təklifləri gəlib, ancaq hər zaman rədd etmişəm”.

“Sırf yoruculuq baxımından çox serialda çəkilmirəm. Çəkilən əziyyətə də ki dəymir. Həm canın gedir, həm də istədiyin maddiyyatı vermirlər. Ancaq filmlərə çox çəkilirəm. Zaafatla deyirlər ki, Azərbaycanda film çəkmək üçün bir Pərvin Abıyeva lazımdır, bir də üçmərtəbəli villa”.

Pərvin, necə olur ki, sizin hansısa hərəkətiniz, hansısa ifadəniz həmin dəqiqə gündəm mövzusuna çevrilib başlıqlara çıxarılır?

Pərvin Abıyeva: “Əslində Azərbacanda həm görünüş, həm də istedad baxımından çox aktrisa var. Ancaq nədənsə mən yaddaşda tez qaldım. Bilmirəm o qıtlıq dönəmindəmi mən çıxdım və bu qədər məşhurlaşdım, deyə bilmərəm. Özləri məni sosial şəbəkələrdə məşhur ediblər”.

“Sırf özüm istədiyim kimi hərəkət etdiyim üçün, istədiyim kimi geyindiyim üçün, heç kimə fikir vermədiyim üçün məni bu qədər tənqid edirlər, üzərimə gəlirlər. Ancaq məni tanıyan insanlar bilir ki, mən elə insan deyiləm”.

Biz də sonda aktrisaya gələcək fəaliyyətində uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.