Afaq Aslan sevgilisi haqda: “Üç ay onun üçün ağlamışam...”

20 Noyabr 2017 15:05

Müğənni və model Afaq Aslan hər zaman bədən quruluşunu dilləndirib yatmış konülləri oyatsa da, bu dəfə yaradıcılığındakı susqunluğa son qoyub. Yeni klipini sevənlərinə təqdim edən müğənni sevgilisi ilə də bağlı ürəkdolusu danışdı.  

Klipin çəkilişləri yay aylarında başlasa da, qarşıya çıxan müəyyən problemlər səbəbindən nəhayət ki, Afaq Aslan yeni işini payızda fanatlarına təqdim edə bildi.

Afaq Aslan: “Əslində klip çoxdan işıq üzü görməliydi, biraz yubandı. Belə deyək də, gec oldu, güc oldu .Ürəyim istəyən kimi bir iş ortaya çıxdı. Klip çəkilişlərimiz yayda başladı, payızda da davam etdi. Klipin üzərində hardasa iki ay işlənilib”.

Üzərinə dolu kimi yağan tənqidlər, Afaqı o qədər düşündürüb ki, müğənni yeni klipində açıq-saçıqlıqdan, ümumiyyətlə, uzaqlaşıb.

Afaq Aslan:  “Mənim seçimimə qalsa, daha fərqli, açıq-saçıq iş təqdim edərəm. Amma bizdə bəzi şeylər qəbul olunmadığına görə mən içimdəki Afaqın bir hissəsini tamaşaçılara təqdim elədim. Çox təndiqə məruz qalıram. Düşündük ki, çox da açıq-saçıqlığa yol verməyək. Çünki insanlar onu  qəbul eləmir. Baxmayaraq ki, dünya ulduzlarına baxıb qəbul edirlər, özümüzdə olanda xoşlamırlar. Bu tip görüntülər bizim adamlarda qıcıq yaradır. Klip qalır qıraqda, məni müzakirə edirlər”.

Klipdə müğənni tərəf müqabili ilə ola biləcək bütün açıq-saçıq səhnələrdən imtina etsə də, yalnız bir aktyorla eyni səhnəni paylaşa biləcəyini söylədi.

Afaq Aslan: “Fotosessiyalarım açıq-saçıq ola bilər. Roliklərim açıq-saçıq ola bilər. Ancaq sevmədiyim, mənə əziz olmayan adamla açıq-saçıq səhnəyə çəkilə bilmrəm. Onda mən Afaq olmaram. BuraK Özçivit olsa, çəkilərəm. Onda da qorxuram ki, Burak Fahriye Evceni unudar”.

Belə məlum olur ki, Afaq Aslan sevgilisinin təsiri altında açıq-saçıq səhnə və geyimlərdən imtina edərək, sərhədləri aşmaq istəməyib.

Afaq Aslan:  “Əslində bilsəniz ki, sevgilim necə qısqancdır. Mənim kimi qızı qısqanmamaq olar? Klip çəkilən ərəfədə hər 10 dəqiqədən bir zəng edirdi: hər şey yaxşıdır? Nəyəsə ehtiyac var? Çəkiliş necə gedir? Onun bu cür nəzarəti altında mən çox məsuliyyət daşıyırdım. Demirəm, ondan qorxuram, yox, sadəcə insan sevdiyi insanın qəlbinə dəyməməlidi”.

Sevgilisindən bir müddət ayrı düşən müğənni 3 aydır ki, ağladığını və depressiyada olduğunu etiraf etdi.

Afaq Aslan:  Mən burdan o insana demək istəyirəm ki, onu çox sevirəm. Bir etiraf edim, o, yeganə insandır ki, həyatım boyunca onun üçün gecə-gündüz 3 ay dayanmadan ağlamışam. O insan haqqında danışanda elə bir gün olmayıb ki, gözüm dolmasın. Bilmirəm niyə, bəlkə də, ona olan sevgimdən. Mənim kimi kaprizli adamın ürəyini ələ almaq gör nə deməkdir? Dəhşət ürəyimə girib. O qədər insan içində olursan, ancaq sən onu fikirləşirsən. Görəsən, neyniyir, nə yedi, hardadır? Ancaq o insan üçün yaşayırsan .İşləriylə bağlı başqa ölkədədir. Hələ gəlməyib. Ona görə də 3 aydır ki, depressiyadayam”.

Biz də sonda Afaqa depressiyadan çıxmasını və yeni yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.