“Aytənimlə 6-7 aydır ki, tanış olmuşam...” – Anardan etiraf

22 Noyabr 2017 15:14

Uzun müddətdir şou-biznesdən əlini-ətəyini çəkib, səssiz-səmirsiz dayanan, hər şeydən və hər kəsdən küsən Anar Nağılbaz susqunluğuna son verib. Yeni klipini təqdim etməklə meydanlara geri qayıdan reper canlanıb nə, canlanıb. Ancaq bu canlanmanın əsas səbəbini reper özü söyləyəcək.

 “Aytənim” mahnısı ilə yaradıcılığına yenidən start verən reper Anar Nağılbazın canlanmasının kökündə, deyəsən, sevgi dayanır.

Anar Nağılbaz: “Yeni mahnım “Aytənim” adlanır. Bir günə ərsəyə gələn işdir. Bu sadəcə başlanğıcdır. Bizim işlərimiz çox olacaq”. 

“Ürəyimizə od salan hisslər bizi yeni işlərə vadar edir. Mən bu eşqə minnətdaram, yarıma minnətdaram”.  

Deyəsən, bu sevgi Anarın həyatında dönüş nöqtəsinə çevrilib ki, reper hətta evlənmək haqda da düşünməyə başlayıb.

Anar Nağılbaz: “Biz ikimiz də bir-birimizi çox istəyirik. Həyatımda yeni dönüş var. Bunlar hamısı xeyirliyə doğrudur. Toy olacaq”.

Uzun müddətdir həyat yoldaşından boşansa da, mediyada şişirdilib təqdim olunmayan ayrılıqdan sonra reper yeni sevgilindən danışdı.

Anar Nağılbaz: “İki ilə yaxındır ki, keçmiş həyat yoldaşımla birgə yaşamıram. Bir il əvvəl isə rəsmən boşanmışıq. Aytənimlə 6-7 aydır ki, tanış olmuşam. Onu çox sevirəm”.

“Keçmiş həyat yoldaşım və övladlarımla münasibətim normaldır. Sadəcə həyatımda yeni sevgi var”.

Anar, övladların yeni münasibətini necə qarşılayırlar? Hər halda, onların reaksiyası da sənin üçün önəmlidir.

Anar Nağılbaz: “Qızım balacadır. Başa düşməz. Ancaq oğlum normal qarşılayır. Bu barədə aramızda söhbət olub, demişəm”.

“Bu klipin ardı olaraq, ABŞ-a səfər gözlənilir. Orada yeni iki klipin və bir kiçik filmin çəkilişi olacaq”.

Biz də sonda ifaçıya yeni münasibətində və yeni sənət yolunda uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.