“Bizim ailəmiz sevgi üzərində qurulub...” - Zenfira İbrahimova

28 Noyabr 2017 16:09

Müğənni Zemfira İbrahimova kameramız önünə bu dəfə övladı ilə bərabər çıxdı. Böyüyüb də, sonra yenidən kiçilmiş bax bu balaca da elə anası kimi müğənni olmaq istəyir. Söhbətimiz zamanı Zenfira onu qalmaqala çəkmək istəyənlərə də tutarlı cavab ünvanladı.

Övladına heç vaxt hansısa bir mahnı öyrətmədiyini deyən müğənni Zenfira İbrahimova oğlunun seçimlərinə hər zaman hörmətlə yanaşacağını söylədi.

Zenfira İbrahimova: “İbrahimə heç vaxt onu oxu, bunu oxu deməmişəm.Mahnı sözləri, ümumiyyətlə, öyrətməmişəm.Amma belə ürəyim istədiyi mahnı olsa, deyərəm, atam, buna qulaq as, qəşəng mahnıdır. Belə deyə bilərəm. Övladın sənət seçməsinə maneə törədilməsininin əleyhinəyəm. Mənə bu sənətə gəlməyimdə heç kim mane olmayıb. Anamın sevdiyi, seçdiyi sənətdir, mane olan olmayıb. Mənim balam da oxuya bilərsə, Allahın izniylə olar”.

Həəə....yaxşı ki, Zenfira övladına istədiyi sənəti seçməsi üçün icazə verir, əgər əksi olsaydı, o zaman nələrin baş verəcəyini müğənninin oğlu belə izah etdi.

Zenfira İbrahimova: “Əgər mən sənə desəm ki, İbo, bir də oxuma, müğənni olma, nə edərsən?

İbrahim: “Evdən qaçıb, kənarda sənətimi davam etdirərəm”.

Zenfira İbrahimova: “Mənim balam mahnını yaşayır, hissləri var. Duyğusallıq var  İboda”.

Zenfira, övladının musiqi üçün yanıb yaxıldığını hiss etmək çətin deyil. Bəlkə, ana-bala bir duet oxuyasız? Beləcə, oğlunun da könlü xoş olar.

Zenfira İbrahimova: “Əslində ana-ala bir mahnı seçmişdik. Mənim bir-iki işim varıydı deyə, ona görə qaldı. İnşallah yayda ana-bala duetimiz olacaq”.

Müğənninin “Kırılsın” adlı yeni mahnısı Türkiyədə aranjiman olunduqdan sonra nəhayət ki, sevənlərinin ixtiyarına verildi.

Zenfira İbrahimova: “Türkiyədə bir mahnımız ərsəyə gəldi. Əziyyət çəkən hər kəsə minnətdarlığımı bildirirəm. Mahnının söz və musiqisi Aytac Vidadiqızına aiddir. Aytac böyük sənətkar Vidadi Bərdəlinin qızıdır. Mənim də yaxın rəfiqəmdir. Ondan bir bəstə aldım. Əslində həmin bəstə üçün tərəddüd edirdim. Dinlədim, söz və musiqisi məni valeh etdi. Mahnı Türkiyədə aranjiman olundu. Artıq bizim rəsmi səhifələrimizdə də səslənir. Mahnı “Eller kırılsın” adlanır”.

Zenfira bəzi insanların onu öz caynağını keçirib, qalmaqala çəkmək istədiyini desə də, onsuz, hər kəsin onu da, ailəsini də yaxşı tanıdığını söylədi. Belə ucuz reklamlara ehtiyacının olmadığını vurğuladı.

Zenfira İbrahimova: “Artıq bizi tanıyan hamı bilir ki, mən də, həyat yoldaşım Anar Heydərov da övladlarımıza necə bağlı insanlarıq. Ona görə də söz-söhbətlərlə gündəmdə qalmağı xoşlamıram. Düzdür, bir ara bizi qalmaqalar çəkib caynaqlarına keçirməyə çalışdılar, ancaq alınmadı. Bizim ailəmiz sevgi üzərində qurulub. Anar da məsuliyyətli insandır. Məsuliyyətin arxasında isə güvən, inam dayanır.

Biz də sonda müğənniyə ailə həyatında və yaradıcılığında uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.