“Yaşım ötür, ailəmə söz verdim ki, gələn il...” – Oksana evlənmək haqda düşünür.

08 Dekabr 2017 15:10

Artıq bundan sonra Oksana Rəsulovada da Elza Seyidcahan ruhunu hiss etməyə və görməyə hazır olun. Qışda qar qız olmaq yerinə, payızda, elə “Payız mələyi” olmağı üstün tutan rəqqasə kamera önünə keçib heç kimin etmədiyi bir fotosessiya etdirdi. Onun bu təşəbbüsü şübhəsiz ki, həmkarlarını qısqanclıq şokuna salıb, meşələrə üz tutmağa sövq edəcək.

Yarpaqlar libasım olsun deyib, xəzəldən özünə dön tiktirən, Oksana Rəsulova bir mükəmməl görkəmdə kamera önünə keçdi ki, hamını mat-məəttəl qoydu.

Oksana Rəsulova: “Necə ki, bu libasla biz yapıza əlvida deyirik, mən də 2017-ci ilin mənimlə bağlı bütün mənfi cəhətlərinə əlvida deyirəm və inşallah 2018-ci ildə hər şey yaxşı olacaq”.

Onu bu gün belə bir geyimdə kamera önünə çıxaran modelyerinin və stilistinin əhatəsində dayanan Oksana qızıl əllərdən danışdı.

Oksana Rəsulova: “İndiyə qədər, bəlkə, 250 stilistdən mənə təklif gəlib ki, bizimlə işlə, hər zaman təkliflərdən imtina etmişəm. Mən Nura Babayeva rəfiqəmdir deyə, onla işləmirəm. İlk növbədə mən onun peşəsinə görə Nuranı seçmişəm. Onun əlləri qızıldır”.

Nura Babayeva – stilist-vizajist: “Oksana bu gün geyiminə uyğun “Payız mələyi”nə uyğun makiyaj olunub. Payızın rənglərinə uyğun kreativ bir makiyaj seçmişik”.

Şəlalə Maqsudova – modelyer: “İstəyirdim ki, yaratdığım obrazı daşıya biləcək birini tapım ki, onu gözəl təqdim etsin. “Payız mələyi”ni düşündüm.  Fikirləşdim ki, bunu ancaq Oksana edə bilər. Təklif etdim, qəbul elədi. Sevə-sevə gəldi, geyindi”.

Üç növ ağacdan yarpaq toplayıb Oksananı “payız mələyi” nə çevirən modelyer Şəlalə Maqsudova nəticədə belə bir kreativ iş ərəsəyə gətirib.

Şəlalə Maqsudova: “Dünən fotoqrafım Arazla bu bağa gəldim. Üç növ ağacdan yarpaq yarpaqlar yığdım. Bu yarpaqları uzun müdət saxlaya bilməzdim. Çünki elə yığılan zaman da hazırlanmalı idi. Ona görə də gecə yatmayıb bu libası hazırladım ki, səhər mütləq fotosessiya olmalıdır. Əks təqdirdə yarpaqlar formasını dəyişə bilərdi”.

“Hazırladım və gecə onu sulayıb qodum ki, yarpaqlar qırışmasın, ovxalanmasın. Səhər isə geyimi hazır vəziyyətdə gətirdim. Şam ağöacının qozalarından, yabanı lobyalardan da aksessuarlar hazırlamışam”.

“Biz gödəkçədəyik, qalın geyinmişik, amma Oksana soyuqdan üşüyür”.

 Oksana Rəsulova: “Bu gözəl libas üçün Şəlalə xanıma halal olsun. İnsan bəzi məqamları qurban verməlidir də. Ola bilsin ki, soyuqdur, ancaq mən normal şəkildə dayanıb sizinlə danışıram”.

Yaşının başını alıb getdiyini, ailə qurmağın, övlad-uşaq sahibi olmağın vaxtının gəlib çatdığını deyən aktrisa, artıq evlilik təkliflərini dəyərləndiricəyini söylədi.

Oksana Rəsulova: “Yaşım artıq ötür. Ailə lazımdır, övlad lazımdır, qadın xoşbəxtliyi lazımdır. Niyə də olmasın?! Ona görə də diqqət və təklif mərkəzində olmuşam. Bir çoxları mənə evlilik təklifi edib. Ancaq mən hər dəfəsində imtina etmişəm, karyeramı düşünmüşəm. Ailəmə söz verdim ki, gələn il təklifləri dəyərləndirəcəm”.

Ana olmaq istəyinin daha da artıdığını deyən Oksana, artıq ona dayaq olub sevəcək bir həyat yoldaşına ehtiyac duyduğunu açıqladı.

Oksana Rəsulova: “Mən hədsiz dərəcədə istəyirəm ki, ana olum. Bu istək getdikcə daha da artır. Ona görə də istəyirəm ki, ana olum, ailəm olsun, həyat yoldaşım olsun. Hansı ki, həmin həyat yoldaşı mənə inanacaq, dayaq olacaq, mənim yanımda olacaq və məni sevəcək biri olmalıdır”.

Biz də sonda Oksanaya gələcək ailə həyatında uğurlar, yeni fotosessiyasında isə bol-bol nailiyyətlər arzu edirik. 

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.