“Təhqir edəcək, beş qat cavabını alacaq...” – Samir əsəbiləşdi!

18 Dekabr 2017 15:39

Gündəm-gündəm deyib dilinə başqa bir söz gəlmiyən bəzi müğənnilərdən fərqli olaraq, Samir Cavadzadə az iş, saz iş prinsipini yaxşı dərk eliyir. Yağla şorun ayırd edilmədiyi bir şou mühitindən söz açıb dilə gələ müğənni danışdı, nə danışdı. Yəqin sakit dayanıb, birdən vulkan kimi püskürmək buna deyirlər.

Tamaşaçının müğənniyə qarşı aqressiyasının səbəblərini anlamadığını deyən müğənni Samir Cavadzadə təhqirlərin baş alıb getdiyi bir zamanda cavab verməkdən çəkinməyəcəyini açıqladı.

Samir Cavadzadə: “Tamaşaçı müğənnilərə qarşı aqressiv olub. Mən bu aqressiyanın daxilində çıxış etmək istəmirəm. Arada saytlara göz gəzdirirəm, görürəm ki, necə pis danışırlar. Niyə? Biz sizə nə etmişik? Məni efirdə görürsən, xoşun gəlmirsə, kanalı çevir. Heç kimin haqqı yoxdur ki, kimisə təhqir etsin. Mən özümə söz vermişəm ki, bundan sonra kim təhqir edəcək, beş qat cavabını alacaq”.

Səssiz dayandıqca, daha çox söz-söhbətlərin ortaya çıxdığını deyən müğənni heç kimlə işi olmadığını, sakitliyini qorumağa çalışdığını vurğuladı.

Samir Cavadzadə: “Yazanları artıq blok edirik, cavab vermirik, görürük, yox, gündən-günə bu daha da pisləşir, daha da üstümüzə gəlirlər. Heç birinizin cüzi qədər haqqınız yoxdur. Mən sakitəm, həmişə sakit olmuşam. Həmişə demişəm ki, mənimki şirin dildir, çalış buynuzumu qaşıma!”

Tamaşaçının zövqünün kifayət qədər dəyişdiyini diqqətə çatdıran müğənni notsuz mahnıların yalançı şan-şöhrətindən danışdı.

Samir Cavadzadə: “6-7 il ərzində zövqlər 360 dərəcə dəyişilib. Necə bayağı mahnılar, musiqilər ortaya çıxıb. Bunlar heç mahnı belə deyil. O gün mənə bir mahnı təqdim ediblər, deyirlər ki, bu mahnı partladır. Ad çəkməyəcəm. Mən həmin müğənninin bir dəqiqəlik studiya səsyazmasına qulaq asdım. Onun 35 saniyəsində falş eşitdim. Bu insan necə populyar ola bilər? Ona necə qulaq asırlar?”

Gözəl insandır deyib, gözəl səsi olmayanların irəli getdiyini diqqətə çatdıran Samir tamaşaçının səsi-sənəti olanları elə də tanımadığını söylədi.

Samir Cavadzadə: “Mən hətta belə fikirlərlə rastlaşmışam ki, səsi yoxdur, ancaq gözəl insandır. Gözəl insan sənət demək deyil. İnsan gözəl xasiyyətli ola bilər. Amma tamaşaçılardan xahiş edirəm ki, əsl Azərbaycan musiqisinə qulaq asın. Bu gün peşəkar xanəndələrimiz var, elə gözəl oxuyurlar, həsəd aparıram. Çıxın şəhərə, cavanlardan soruşun, gürün, bizim bir nəfər belə olsun instrumental ifaçımızı tanıyırlarmı? Tanımayacaqlar. Niyə? Bizim əsl musiqiçilərimizi tanımırlar”.

İndi çoxlarının yaxşı ilə pisi ayırd etməkdə çətinlik çəkdiyini eyham vuran müğənninin, belə görünür ki, ürəyi yaman doluymuş.

Samir Cavadzadə: “Gərək indiki müğənnilərlə o vaxt doğulardıq. O zaman bilinərdi ki, kimdir əsl oxuyan”.

“Bizdə tamaşaçı görür ki, kiminsə biraz ətəyi qalxdı, başlayır artıq-əskik danışmağa. Başqa ölkədən gəlib ətəyi qalxanı isə alqışlayırlar”. 

Sonda eksklüziv olaraq söyləyək ki, Samir Cavadov müğənni Sima Nəsirova ilə duet hazırlığındadır. Odur ki, gözünüz qulağınız müğənnilərin sənət yeniliklərində olsun.

Samir Cavadzadə: “Deyək, bu xəbəri?

Sima Nəsirova: “Deyək.

Samir Cavadzadə: “Bu yaxınlarda Simayla olacaq orta duetimizi gözləyin! Mahnı artıq hazırlanır”.

Sima Nəsirova: “Orda ki, Samirin əli var, Samirin səsi var, Samir varsa, vəssalam. Deməli, o iş çox maraqlı və fərqli olacaq”.

Biz də öz növbəmizdə Samir Cavadzadəyə yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.