“Anası işə getmir, heç olmasa balası getsin...” – Yeganə

19 Dekabr 2017 16:43

Səsi gah Türkiyədən, gah Azərbaycan gələn müğənni Yeganənin sorağını bu dəfə qatıldığı məclisdən izləyicilərinə çatdıracağıq. İfaçı, vaxtının az olmasına baxmayaraq, ayaq saxlayıb övladı Ömərlə bağlı eksklüziv açıqlamalar verdi. Yeganənin etiraflarından belə məlum oldu ki, müğənni imkan olsa, elə özünün dediyi kimi 11 nəfərlik futbol komandası qurar.

Müğənni Yeganə hələlik tək övlad sahibi olmasına baxmayaraq, çoxuşaqlılıqdan bir şikayətləndi ki, gəl görəsən. Deyəsən, ifaçının oğlu onu yaman yorur?

Yeganə: “Üç-dörd uşağım olsa, yanıma salıb gəzdirərdim. Düzdür, bir uşağım var, amma elə bilirəm ki, on uşağa baxıram. Deyirəm, görəsən, çox uşağı olanlar onlara necə baxır? Allah onlara güc, qüvvət səbr versin!”

Oğlu Ömərin kifayət qədər yükləndiyini, yorulduğunu etiraf edən müğənni övladının səhərdən-axşama kimi elə o yana, bu yana qaçdığını söylədi.

Yeganə: “Səhər dərsə gedir, dərsdən gəlir, məşğələyə gedir, məşğələdən gəlir, o biri məşğələyə gedir. Sonra da idmana yollanır. Bir də baxır ki, artıq gecə olub, yatırıq. Bax, gün ərzində işlərimiz bundan ibarətdir. Anası işə getmir, heç olmasa balası getsin”.

Yeganə hər zaman böyük bir ailəsinin olmasını arzulasa da, hələlik tək övladla kifayətlənib. Qismətin küləyi ilə hərəkət edən ifaçı yaman istəkli danışdı.

Yeganə: “İlahinin qismət. Hər zaman istəyirdim ki,  böyük ailəm olsun. Çox uşağım olsun. İlahinin qismətidir, nə bilmək olar, bəlkə, inşallah”.

Belə görünür ki, hər şey müğənninin öz istəyi ilə davam etsə, Yeganə 11 övladla böyük bir futbol komandası qurar.

Yeganə: “İstəyim çoxdur, sonsuzdur. Həmişə istəyirdim çox uşağım olsun.11uşaq istəyirdim olsun. Yadınızdadır, deyirdim, futbol komandası quracam. Hələ bir qapıçımız var. O da  Ömərdir. Hələ 10 nəfərimiz yoxdur”.

Yeganə, siz də bir ayağa Türkiyədə, bir ayağa burda olan müğənnilərdənsiz. Daha çox harda vaxt keçirirsiz?

Yeganə: “Ömər burda məktəbə getdiyinə görə daha çox Azərbaycanda  oluruq. Bir də görürsünüz, o nənəsiylə burda qalır, mən qoyub qaçıram”.

Biz də sonda sənətçiyə ailə həyatında və yaradıcılığında uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.