“Deyirlər ki, hansısa xanımla onu “tutublar”...” – Elarizdən açıqlama

16 2018 16:00

Elariz Məmmədoğlu bir ayda 20-22 toya müğənni olaraq dəvət edildiyini söyləyəndən və Amerikaya viza qazandığını açıqlayandan sonra, haqqında irəli-geri söz-söhbətlər yayılmağa başladı. Dostunu da, düşmənini də yaxşı tanıdığını söyləyən ifaçı düşmənləri ilə eyni məclisdə üz-üzə gələndə həmin adamlar mələk qiyafəsinə bürünürlər.

Yatmağından qalmıyıb, səs tellərini ana balasını qoruyan kimi qoruyan müğənni Elariz Məmmədoğlu iki sözün arası bəzi həmkarlarına da ismarış göndərməyi unutmadı.

Elariz Məmmədoğlu: “Canlı ifa etməyi bacaran müğənni üçün mütləq yatmaq lazımdır ki, səs telləri sözünə baxsın. Süd içməlisən, yumurtanın sarısını içməlisən, başqa prosedurlarda var, onlar edilməlidir ki, oxuya biləsən. Bunu canlı ifa oxuyanlar etməlidirlər. Fonoqram oxuyanlar üçün bunların heç bir mənası yoxdur. Fonoqram öz işini görür”.

Elarizin oğlu evlənmə məsələsini valideynlərinin öhtəsinə buraxsa da, müğənni evlilik üçün hələ tez olduğunu diqqətə çatdırdı.

Elariz Məmmədoğlu: “Oğlum hələ təhsil alır, anası da çox üstünə gedir ki, evlən. O da anasıyla  mənim üstümə atıb ki, siz qız tapın, evlənim. Mən də öz işimlə məşğulam. Görək nə olur. 24 yaşı tamam oldu, 25-ə keçdi. Mənə elə gəlir ki, 28 yaşa kimi hələ vaxtı var. 28 yaşdan o yana artıq gecikmə olur.  Mən 23 yaşında evlənmişəm. Peşman da deyiləm. O yaşda evlənəndə biraz çətinliklər olur. Özünü tutmamış görürsən ki, özün boyda uşaqların var. Biraz çətindir, amma yaxşıdır. Nəvələr də tez olur”.

Elariz, oğlunuz Türkiyədə təhsil alır. Əgər seçimi özü edib elə ordan bir qızı qoluna vurub gətirsə, bəs necə olacaq?

Elariz Məmmədoğlu:  “Gəlin Türkiyə türkü də ola bilər, dünyanın başqa bir yerində yaşayan türk də ola bilər. Əsas odur ki, ailəmizə uyğun olsun. Bizi başa düşən bir insan olmalıdır”.

Toy mövsümü öncəsi haqqında qara reklam kampaniyalarının bilərəkdən irəli sürüldüyünü deyən müğənni artıq bu kimi şaiyələrə önəm vermədiyini söylədi.

Elariz Məmmədoğlu:  “Əslində axır illər yayılan hansı şayiə olur olsun, vecimə deyil. Toy mövsümü qabağı gah deyirlər, səsi batıb,  gah deyirlər, bizneslə məşğuldur, gah  deyirlər hardasa hansısa bir xanımla “tutublar”. Hər dəfə nə isə şayiə olur. Bu da ki toylarımın sayını azaltmaq üçündür”.

Ayağının altını qazan insanlarla məclisdə görüşəndə həmin adamların dondan-dona girib, özlərini mələk kimi apardığını söyləyən Elarizin də bildiyi bir şey var.

Elariz Məmmədoğlu: “Anti-reklam edən bir-iki nəfər var. Kim olduqlarını da bilirəm. Sadəcə mən adlarını çəksəm, müxbirlər onların üstünə qaçacaq, onlar da “yox elə bir şeyyoxdur”, deyib, biraz da reklam olunacaqlar. Mənim ayağımın altını qazan insanlar məni görəndə bir üstümə qaçırlar, bir öpürlər. Məndə onlara öz xoş sözlərimi deyirəm. Hətta elələri var ki, deyirlər, gəl bir gün oturaq  yeyək, içək. Mən də deyirəm yaxşı...Ancaq onlarda bilir ki, bu olası vəd deyil”.

Biz də sonda müğənniyə ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.