“500 kabinet keçəcəklər ki, gəlib mənimlə sırf şəkil çəkdirsinlər...” – Anar əsəbiləşdi

17 2018 15:01

Anar Ağakişiyev adını eşidəndə insanın ağlına bir neçə nüans gəlir: inadcıl, tələbkar, iddialı, istedadlı, dünyada tanınan stilist və cavanlaşdıran insan. Son məqam isə Türkiyə mediyasının Anar haqqında olan fikridir. Stilist gözəlləşdirmir, hətta yaşlı insanları belə 20-30 yaş cavanlaşdırır. Sözsüz ki, bu amil, onun haqqında müsbət imic yaratsa da, düşmənlərini də qarınağrısına salır.

2018-ci il daxil olan kimi səsi-sorağı, əl işlərinin sehri bütün dünyaya yayılan stilist Anar Ağakişiyev yeni ilə böyük uğurlarla başlayıb.

Anar Ağakişiyev: “Yanvar ayının 4-ü həyat mənim üçün tamam başqa cür başladı. Növbəti dəfə dünya mətbuatında mənim haqqımda məlumat yayımlandı. Keçən dəfə də 1000-dən artıq saytda barəmdə məlumatlar çıxmışdı. Bu dəfə isə hətta Mozambikdə belə mənim haqqımda xəbər yayımlandı. Qardaş Türkiyədə də xəbərlər çıxdı və məni çox sevindirdi”.

Anarın əl işi, istedadı və yenilikləri Türkiyə mediyasında da “möcüzə dəyişim” olaraq qiymətləndirildi. Xanımları yarım saat ərzində 20-30 yaş gəncləşdirdiyi diqqətə çatdırıldı.

Anar Ağakişiyev: “Kafedə rəfiqəmlə oturmuşdum. Gördüm ki, instaqramda dayrektə ard-arda mesajlar gəlməyə başlayır. Görürəm ki, Show Tv-dən məktublar gəlir”.

“Bundan əlavə Koreyada, Hindistanda, Yaponiya və Avropanın bütün dövlətlərində makiyaj dəyişimimlə bağlı xəbərlər yayımlandı. Qısqananlar partlasınlar”.

“Bəziləri söylədi ki, sifarişli süjetlər idi. Bəyaz Tv-də 9 dəqiqə sifarişli süjet olar? Mənim artıq bir milyon dollarım var ki, sifariş edim. Əgər sifarişli idisə, Show Tv-nin efirində Nigar Camal, Günay İbrahimli nə gəzirdi? Hətta Şəbnəm Tovuzlunu da veriblər. Özləri səhifəmə girib şəkilləri və videoları götürüblər”. 

Anar, bu qədər böyük uğuru görüb, zəng edib, təbrikləri çatdırmamaq ancaq paxıllıq ola bilər. Bəs, yaxın ətrafının bu məsələyə reaksiyası necə oldu?

Anar Ağakişiyev: “Çox adam buna görə mənə zəng vurmadı. Sanki heç bir şey olmayıb. Təbrik edənlər də oldu. 1000-dən çox məktub almışam”.

“Mənə sual verdilər ki, kimlər səni təbrik elədilər. Mən də söylədim ki, bu adamlar məni təbrik ediblər. Sual verirlər ki, bəs Röya sizi təbrik etdi? Mən də cavab verdim ki, yox. Məndə yalan yoxdu”.

Stilistin belə bir möcüzə dəyişimini görüb başına ağrılar girən bəzi insanlar həmin dəyişimdə işıq effektlərinin və ya xüsusi proqramların rol oynadığını ortaya atdılar.

Anar Ağakişiyev: “Mən şəkilləri telefonla çəkirəm. Peşəkar kamera ilə çəkmirəm. Şəkil qoyanda yaza bilərsiz, fotoşopla edilib. Videonu fotoşopla dəyişmək mümkün deyil axı. Deyirlər ki, işıq effekti verir Anar. Bunu söyləmək ayıbdır. Bir-birimizi tapdalamayaq”.

Anarın uğurlarını görməmək üçün göz qapaqlarını lehimləyən bəzi insanlara da stilistin cavabı bu cür oldu.

Anar Ağakişiyev: “Səviyyəsiz rəylər yazırlar. Deyirlər, ay nə böyük iş olub, ay nə bilim işıq effektləridir. İnstaqramda yazılanları oxuyuram, pis oluram. Məni qıcıqlandıran həmin o mesajları, rəyləri yazan insanlar vaxt gələcək 500 kabinet keçəcəklər ki, gəlib mənimlə sırf şəkil çəkdirsinlər. Uğurlarıma sevinməkdənsdə, bu cür yollara əl atırlar. Mən yenilikləri gənc nəslə yol açmaq üçün edirəm”.

Anar Azərbaycandan köçüb gedəcəyinlə bağlı müəyyən xəbərlər yayıldı. Bu haqda bir açıqlaman olacaqmı?

Anar Ağakişiyev: “Köçmək məcburiyyətindəyəm. O demək deyil ki, mən Azərbaycanı unudaram. Mənim valideynlərim də burdadı. Gəlib gedəcəm. Yalnız irəli irəli. Məni dostlarım, jurnalistlər təmtəraqla yola salacaqlar. Hara köçəcəyimi açıqlamıram. Əvvəlcə gedib müqavilə bağlamalıyam, sonra”.

Biz də sonda stilistə uğurlarının davamlı olmasını arzu edirik.  

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.