“Gündəm üçün şou-biznesin yazılmamış qayda-qanunları ilə oynamalıyam...”

18 2018 16:05

Xatunun uzun müddətdir içini yeyib bitirən bəzi fikirləri nəhayət ki, bu gün üzə çıxdı. Bəzi həmkarlarından şikayətlənən müğənni şou-biznesdə ona qarşı olan hörmətsizlikdən danışdı. Rəqqasə Fatimənin onun fotosessiyasını təkrarladığı, lakin aralarında elə bir qlobal küsülülüyün olmadığını vurğuladı. Üstəlik ifaçının mərhum sənətçi İlhamə Quliyeva ilə də bağlı iş planı var.

Müğənni Xatun özünü buludların üstündə zənn edib şişirdilmiş mövzular danışan bəzi həmkarlarını qınaq atəşinə tutmaqla söhbətinə başladı.

Xatun: “Elə müğənnilər var ki, çox yuxarıdan danışırlar. Nə bilim, getdim İtaliyaya, Fransada belə oldu, mən bu brendi geyinirəm və.s. Onların yanında mən də elə danışıram ki, ürəklərini partladıram. Bir söz deyirəm, onu elə ordaca məhv edirəm”.

Gündəmdə qalmağım üsullarını yaxşı bilən, sağ göstərib soldan hücuma keçən müğənni tamaşaçının sənətdən daha çox qalmaqala maraqlı olduğunu söylədi.

Xatun: “Bu gün tamaşçıya polemika maraqlıdır. Sən işini təqdim edirsən, onlar onu yaxşı qəbul etmirlər. Heç “like” da vermirlər. Ancaq orda ki dava-dalaş var, onlara maraqlıdır. Gündəm üçün şou-biznesin yazılmamış qayda-qanunları ilə oynamalıyam. Biz müğənnilər bir-birimizi çox istəməli deyilik ki. O, məni tərifləsin, mən onu tərifləyim. Vallah bundan tamaşaçı bezir. Bizim səmimiyyətimizi isə beşüzlü müğənnilər korlayırlar”.

Yeni il daxil olan kimi fotosessiya oğurluğu məsələsinə görə Fatimə Fətəliyeva ilə ulduzları toqquşan Xatun bu məsələyə də aydınlıq gətirdi.

Xatun: “Mən bir fotosessiya elətdirdim. Peşman oldum. Hamı getdi eyni studiyada eyni fotosessiyanı etdirdi. Sözsüz ki, onlar mənim kreativ fotosessiyama çata bilməzlər. Mən görsəm ki, rəfiqəm nə isə edib, onu təkrarlamaram. Fatiməyə dedim ki, gedib hər yerdə deyəcəm ki, Fatimə mənim ideyamı oğurladı”.

Ürəyə daxil olmaq siyasətini bəlkə də, çoxlarından yaxşı bilən müğənni ətrafını genişləndirməyi əla bacardığını etiraf etdi.

Xatun: “Hətta özünü tanınmış hesab edən bir insan mənimlə yan-yana dayanır, ancaq gəlib mənimlə şəkil çəkdirirlər. Hamı mənə deyir ki, Xatun xanım, biz sizi çox istəyirik. Tələssəm belə, sevənlərimlə 10-15 dəqiqə hətta qeybət belə edib çıxıram. Onların damağında dad qoyub çıxıram. Onlar yenə də məni axtarırlar. Bu, mənim öz sirlərimdir”.

Son olaraq, “Zalımın zalımıyam” söyləyib 2018-ci il üçün ilk işini təqdim edən müğənni Xatun yeni ifasını Xalq artisti İlhamə Quliyevaya həsr etdiyini söylədi.

Xatun: “Yeni bir mahnıdır. Söz və musiqisi Sahilə xanıma aiddir. Mahnı “Zalımın zalımıyam” adlanır. İfanı İlhamə Quliyevaya həsr edirəm. Həyatda elə insanlar var ki, məzlumun zalımı olurlar. Gücsüz insanlarla düşmənçilik etməyi sevirlər. İlhamə xanım isə zalımın zalımıydı”.

Biz də sonda müğənni Xatuna yaradıcıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.