“Mənə daş atdı, mən ona kubik atacam...” – Kərimdən ismarış

22 2018 15:23

 “Şou məkan” kamerası, mikrofonu önünə əlidolu, cibi dolu, dilində yeni xəbərlərlə gələn müğənni Kərim Abbasov qollarını çırmalayıb işə bir başlayıb ki, sürətinə çatmaq mümkün deyil. 10 barmağında on bacarığın dil açıq göz çıxardığı Kərim sənət yenilikləri ilə yanaşı, onunla qalmaqala girən həmkarı ilə də bağlı sərt ismarıclar verdi.  

2018-ci ilə sevib sevilənlərin mahnısı və klipi ilə start verən müğənni Kərim Abbasov yeni işini 14 fevral tarixində təqdim edəcəyini açıqladı.

Kərim Abbasov: “2018-ci ilin əvvəli mənim üçün çox gözəl başladı. Gözəl bir klip çəkilişim oldu. Mahnının musiqisi mənə məxsusdur, sözləri isə Nüsrət Kəsəmənlinindir. Mahnı “Həyat yoldaşı” adlanır”.

“Fevralın 14-də şəhər restoranlarından birində mini konsertim təşkil olunacaq. Orda bu vaxta kimi mən nə qədər cütlüyün toyunda oxumuşamsa, o vaxtdan bu günə kimi hələ də xoşbəxt cütlük kimi qalan varsa, həmin insanları konsertimə gözləyirəm. Mən bu klipi onlara həsr edirəm”.

Gecəsini, gündüzünü istirahət etmədən klipin çəkilişlərinə sərf edən müğənni yeni il gecəsi, göz dəyməsin, enerji ilə necə yüklənibsə, yerində dayana bilmir.

Kərim Abbasov: “Dörd gün klip çəkilişi oldu. Dörd günün iki gününü dayanmadan çalışmışıq, digər iki gününü isə ancaq gecələr işləmişik. Biz eyni zamanda ikinci klipi də çəkirdik. Müəyyən kadrlar artıq çəkilib. İkinci klipin demək olar ki, yarısı artıq ekranlaşdırılıb. İşləmək istəriyəm. 2018-ci ildə dayanmaq istəmirəm”.

Sənət adamlarının səhnəyə çıxan zaman bütün problemlərini unudub sevənlərinin istədiyi kimi göründüyünü deyən Kərim müğənnilərə bəxtəvərlik verənlərə səsləndi.

Kərim Abbasov: “Siz bizi necə görmək istəyirsizsə, biz elə oluruq. Məclis bitdikdən sonra biz yenə də o dərdimizlə bir yerdə qalırıq. Deyirlər ki, sənət aləmində hər kəs xoşbəxtdir, kef edirlər. Mikrofonu əlinə aldı, oxudu, pulunu qoydu cibinə. O, xoşbəxtlik deyil, sadəcə pul qazanmaqdır”.

Gözəl və bəyənilən xasiyətlərini bir-bir dilə gətirən ifaçının, sən demə, 10 barmağında on bacarıq varıymış da, xəbərimiz yoxuymuş.

Kərim Abbasov: “Öz stilistiməm, saçımı qaydasına salıram, saqqalıma düzəliş edirəm. Sadəcə saçımı kəsdirmək üçün bərbərə gəlirəm, bu, bir. Gözəl yemək bişirirəm, bu, iki. Gözək atayam, bu, üç. Dosta,qardaşa yarayanam. Gözəl xasiyyətlərim çoxdur. Sadəcə insanlar məni bir az aqressiv tanıyıblar. O da mənim gənclik illərimdə cahilliyimdən irəli gəlir”.

Kərim, oğlun Yusifin şəkilərini əvvəllər sosial şəbəkədə paylaşırdın. İndi ümumiyyətlə, heç bir şəkil görmürük. Bunun özəl bir səbəbi varmı? 03:00

Kərim Abbasov: “Şəkil yükləyirəm, görürəm ki, uşaq nəzəri üzərinə çəkir. Xəstələnir, qızdırması filan olur. Biz əziyyət çəkməkdən əlavə o əziyyət çəkir. Arıqlayır, kilo itirir. Bu da mənə xoş gəlmir. Məni istəyən mənə baxır. İndi bölüşmək istəmirəm şəkillərini”.

2017-ci il Kərim üçün elə bir zaman dilimi olub ki, müğənni həmin dövrdə onun bostanını daşlayan həmkarının həyətində vaxtı gələndə bina inşa edəcəyini söylədi.

Kərim Abbasov: “2017-ci ildə bir-iki müğənni varıydı ki, onları tanıdım. Bəzi insanlar ünvanıma söz atdılar. Həmin adam meqastardır kimdir, bilmirəm. İndi özü özünə meqastar deyir də. Hə, superstarlar, Ajda Pekkanlar....Ajda Pekkan kimi superstar xəyalı ilə yaşayanlar var ha, özünü o səviyyədə görüb, əslində isə olmayan insanlar mənə daş atdılar. Mən susdum, boş verdim. Dedilər ki, nə yaxşı sakit dayandın? Cavab verdim ki, o, mənə daş atdı, mən ona kubik atacam”.

Bizdə sonda müğənniyə atdığı bütün addımların ona uğur olaraq geri dönməsini arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.