“Şərt o deyil ki, açıq-saçıq geyinəsən...” – Leyla Ramazanlı

25 2018 15:54

Geyimlərə çox pul xərcləməkdənsə, yaraşını, zövqlü görünəni geyinməyin tərəfdarı olan müğənni Leyla Ramazanlı kənar müdaxiləni qətiyyən sevmiyin bir insandır. İfaçı ilə söhbətimiz zamanı onun dəlisov olması və səmimi fikirləri, min maska altında gizlənib qara düşünüb, ağ görünməyə çalışan bəzi həmkarlarından onu fərqləndirdir.  

Səhnənin dəbdəbəli geyimi sevdiyini dilə gətirən müğənni Leyla Ramazanlı açıq-saçıq paltarlara üstünlük verməsə də, klip və fotosessiyalarında iddialı geyimləri ilə seçilir.

Leyla Ramazanlı: “Əslində qarderobuma nəzər salsaq və kliplərimə baxsaq, açıq-saçıq geyinməyən müğənnilərdənəm. Səhnə gözəlliyi, dəbəbəni sevir, avanqard stili sevir. Deməzdim, çox açıq-saçıq geyimlərim var. Şərt o deyil ki, açıq-saçıq geyinəsən. Əsas odur ki, zövqlü olsun. Zövqlü olanda hərtərəfli olur”.

Kliplərində fərqli geyimlərdən istifadə edən müğənni, stilist tövsiyələrinə öz zövqünü də əlavə etdikdən sonra fanatları qarşısına çıxır.

Leyla Ramazanlı: “Bu günə qədər olan kliplərimdə bir çox stilistlə çalışmışam. Təbii ki, stilistin fikirlərilə bərabər, sonda öz zövqüm də əsasdır. Çalışıram ki, ikisi bir yerdə olsun”.

“Səhnə insanının, sənətçinin geyimi adi insanlardan mütləq fərqlənməlidir. Geyim, ümumiyyətlə, səliqəliliyi sevir, baxımlılığı, gözəlliyi sevir. Səhnədə yorğun olsan da, problemlərin olsa da, hər şeyi unudub gözəl görünməlisən”.

Bu gün bir çox müğənni musiqili-çarx hazırlıyıb, adını da klip qoyub, insanlara təqdim edir. Bəs siz, öz kliplərinizi keyfiyyətli hesab edirsizmi?

Leyla Ramazanlı: “Düşünürəm ki, mənim kliplərim keyfiyyət baxımından gözəldir, özəldir. Kliplərimin bir çoxunu bacım lentə alıb. Bu günə qədər çalışmışam ki, gözəl kliplər olsun”.

Leyla, bu yaxınlarda Aygün Kazımova “Cücələrim” mahnısına sensassiyalı bir klip çəkdirdi. Sənin də eyniadlı klipin var. Səncə, hansı daha maraqlı alınıb?

Leyla Ramazanlı: “”Cücələrim” rəqs ansamblında çıxış etmişəm. Düşündüm ki, həmin mahnıya yeni bir nəfəs qatım. Mənim ifamda da çox gözəl alındı. “Yutub” səhifəmdə artıq 9 milyon baxış var. Sevinirəm ki, kliplərimi böyüklərlə yanaşı, uşaqlar da izləyirlər. Aygün xanımın da ifasında mahnı çox gözəl səsləndi. Klip isə qeyri-adi idi. Bəyəndim”.

Artıq müğənni “Azərbaycan” adlı yeni klipini də fanatlarının ixtiyarına verib.

Leyla Ramazanlı: “Yeniliklərimiz var. İki yeni mahnım gəlir. “Azərbaycan” adlı yeni klipim işıq üzü gördü. Tamaşaçılara yeni fotosessiyamı da təqdim edəcəm”.

Biz də sonda Leyla Ramazanlıya uğurlarının hər zaman davamlı və faydalı olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.