“Tənha otağa çəkilib ağlayırdım...” – Cəmilə etiraf etdi

30 2018 15:47

Evlənən kimi üzüm gülər dedi. Ancaq üzünün gülməməsi üçün həyat yoldaşının keçmiş xanımının təhdidləri ona imkan vermədi. Aktrisa Cəmilə Tağızadə dörd aydan sonra nəhayət ki, Azərbaycana gəlib. İrili-xırdalı problemləri gülə-gülə danışmasına baxmayaraq, əvvəllər depressiyada olduğunu etiraf edən sənətçi, indi xoşbəxtdir.

Ötən ilin sentyabrında evlənib Türkiyəyə gəlin köçən, aktrisa Cəmilə Tağızadə özünü orda yad hiss etməsə də, yenə hər kəsə öz vətəni yaxşıdır.

Cəmilə Tağızadə: “Necə deyərlər, millətimə, Vətənimə qurban  olum. Düzdür, mənə orda yad kimi davranmırdılar. Mehriban, qonaqpərvər, millətsevərdilər. Onlar da türkdür, biz də türkük. Yad deyilik ki... Mən Antraktidaya gəlin köçməmişəm ki... Qonşu dövlətə getmişəm, eyni dil, eyni mədəniyyət. Fərqimiz az ola bilər. Düşünürəm ki, yavaş-yavaş adaptasiya oluram”.

Cəmilə, öz aramızdı, gəlin köçəndən sonra geyimlərin də dəyişib. Deyəsən, həyat yoldaşın qapalı paltarlar geyinməyini istəyir?

Cəmilə Tağızadə: “Görürsünüz də, tam olaraq dəyişmişəm. Onsuz mən elə də açıq-saçıq geyinmirdim. Daha indiki kimi qapalı da geyinmirdim. Həyat yoldaşım sağ olsun...Məni necə qapatdırdısa.. Düşünürdüm ki, ailə həyatı quracam və hər şey nağıllardakı kimi olacaq. Özünüz yaxşı bilirsiniz ki, əziz xanımlarımız, nağıllardakı kimi olmur, əliniz bala batmır. Xoşbəxt ailənin olmasını istəyirsənsə, onda bir-birinizin sözü boğazınızdan keçməlidir”.

Aktrisanın statuslarındakı narazılıq, qəmginlik çoxlarını belə düşünməyə vadar etdi ki, artıq Cəmilənin ailə həyatında problemlər var.

Cəmilə Tağızadə:  “Mən deyim o statuslar nəylə bağlıdır. Bu Vətəndən uzaqda qalmaq həsrəti , qəribçilikdəndir. Ailəmdən uzağam. 30 yaşıma kimi anamdan bu qədər uzaq qalmamışam. 4 aydır ki, anamla bir-birimizi görmürük. Video-görüntüylə əlaqə saxlayırıq, amma real görmürük. Anam sağ olsun . Evləndikdən sonra məni Türkiyədə qoydu gəldi Azərbaycana ki, öyrəş. Ailə həyatına alış, məsuliyyətini dərk elə. Bir yerdə qalın, yaşayın. Mən ayrılmaq üçün evlənməmişəm ki? Evlənmişəm ki, ailəm olsun, övladlarım olsun. Gələcəkdə nəvə, nəticəm olsun.Mənim işimlə bağlı planlarım var. Həm də ona doğru gedirəm”.

Cəmilə, bir ara həyat yoldsaşının keçmiş xanımı sizdən şikayətçi olmuşdu və Türkiyədə hər gün sizə problem yaradırdı. Deyəsən, ara biraz sakitləşib?

Cəmilə Tağızadə : “O, bizi məhkəməyə verir, biz onu məhkəməyə veririk. O, bizdən şikayət edir, biz ondan şikayət edirik. Ailə həyatımız bax bu cür davam edir. O bizim həyatımıza “rəng qatır da”. Teatrdır da, bizim üçün konsert verir”.

“Təsəvvür edin ki, mən özümüm sosial şəbəkə hesabımda foto paylaşıram, həmin qadın məndən şikayəçi olur. Sən demə, mən onu narahat edirəmmiş. Adama deyərlər ki, sənin  mənim sosial şəbəkə hesablarımda nə işin var? Öz də mən səni blok etmişəmsə”.

“Mən gülə-gülə danışıram. Ancaq vaxt varıydı ki, mən ağlayırdım, əziyyət çəkirdim. Həyat yoldaşma, onların ailəsinə göstərməməyə çalışırdım. Onların yanında gülürdüm. Ancaq özüm tənha otağa çəkilib ağlayırdım. Deyirdim ki, bu nə iş idi, mənim başıma gəldi?”

Aktrisa evlənməmişdən öncə gecəsini, gündüzünü işinə həsr etsə də, ailə həyatı qurduqdan sonra yeganə işi,  elə özünün dediyi kimi, yeyib yatmaqdır.

Cəmilə Tağızadə: “Yeyib yatmaqdan, bekarçılıqdan kökəlmişəm. Ev işlərini görürəm. Mən belə həyata alışmamışam. Düşünün ki, səhər saat 8-dən çəkilişə gedib, səhərə yaxın 5 –də qayıdan adam indi ev işləriylə məşğuldur.  Boş vaxt olanda da yeyib yatıram, əlbəttə ki”.

Cəmilə, Türkiyədə yaşayırsan və artıq aylardır sənətini dondurmusan. Nə vaxtsa, orda aktrisalığa davam etdəcəksənmi?

Cəmilə Tağızadə: “ Təkliflər var idi. Amma türk dilini zəif bildiyim üçün alınmadı. Desəm ki, məni baş rola çağırırlar, bu yalan olar. Amma mənə uyğun olan rollar var idi.  Serialda ikinci, üçüncü dərəcəli rol idi. .Amma türk dilim çox zəif olduğu üçün, təəssüf ki, gedə bilmədim. Baxdılar, yoxladılar, olmadı. Amma indi dondurmuşam. Türk dilimi mükəmməlləşdirməklə məşğulam. Tam hazırlaşım, incəsənətə geri dönüm, ondan sonra qarşınıza çıxım, özü də qonşu Türkiyədə”.

Sonda biz də aktrisaya gələcək fəaliyyətində və ailə həyatında uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.